Gone Girl (İtmiş Qız) Filminin Orijinal Analizi



  2014-cü ildə David Fincher özünəməxsus üslubunda növbəti
möhtəşəm filmi Gone Girl-i çəkir. Gillian Flynn-ın romanı əsasında elə özü tərəfindən ssenarisi yazılan film yazıçının ilk ssenari təcrübəsi idi. Tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilən film müxtəlif mükafatlarda ümumi 202 nominasiyada 66 dəfə qalib olur.



  Oskara yalnız ən yaxşı aktrisa nominasiyasında namizəd olan Gone Girl 406 min səs əsasında 8,2 IMDb xalına və 79 Metascore xalına sahibdir. 61 milyon dollar büdcə ilə çəkilən film 366 milyon dollar gəlir gətirir və ən gəlirli Fincher filmi olur (Curious Case of Benjamin Button filminin gəliri 329 milyon dollar idi).



  10-cu uzun-metrajlı filmi ilə 3-cü dəfə IMDb Top 250 siyahısına filmi düşən Fincher baş rolların seçilməsi və çəkilişlər müddətində hər xırda detalla yaxından maraqlanır. Ben Affleck-in canlandırdığı Nick obrazı üçün əvvəlcədən Brad Pitt, Seth RogenRyan Reynolds-u da düşünən rejissorun Amy obrazı üçün aktrisa seçimi daha çətin olur.



  Reese Witherspoon, Charlize Theron, Natalie Portman, Emily Blunt, Rooney MaraJessica Chastain bu rol üçün düşünülən ulduzlar olmuşdu. Rejissordan Amy obrazı üçün 35 yaşlı Rosamund Pike-ı niyə seçdiyi soruşulduqda o bu personaj üçün yaşı ilk baxışdan qeyri-müəyyən yaşda görünən bir aktrisa axtardığını Pike-ın da asanlıqla daha cavan və qoca görünə bildiyini demişdi.



  Ssenari hüquqlarını 2012-ci ildə Gillian Flynn-dan alan məşhur aktrisa Reese Witherspoon filmdə baş rolu oynamaq fikrində idi. Fincher filmi çəkməyi qərara aldığında aktrisayla mübahisələr yaranır və rejissor baş rolu ona vermir. Yenə də filmin prodüserlərindən biri Reese-dir.



  Ən maraqlısı isə filmi çəkmək üçün ilk düşünülən rejissorun Ben Affleck olmasıdır. Affleck qəsdən çəkilişləri ləngidir və filmi Fincher-in çəkməsini istəyir. Bu barədə aktyor: "O, tanıdığım yeganə rejissordur ki, işlədiyi aktyorlarin bacardıqlarından daha yaxşı iş çıxarmaqlarına nail olur" demişdi. Çəkilişlər zamanı onlar arasında maraqlı hadisə də baş verir. Affleck səhnələrin birində kameranın fokusunu hiss olunmyacaq dərəcədə dəyişir və bunu Fincher-in hiss etməyəcəyinə dair çəkiliş komandası ilə mərc gəlir. Fincher kameraya baxan kimi: "Bu kamera niyə biraz bulanıq çəkir?"



  Gələn il premyerası olacaq Batman vs Superman filminin də çəkilişlərinə Gone Girl ilə paralele davam edən Ben Affleck-in filmdə belə əzələli görünməsi nəzərdə tutulmurdu. Çəkilişlər müddətində şən əhvalı ilə diqqəti cəlb edən aktyor dayanmadan 80-ci illərin mahnılarını oxuyurdu. Tanner Bolt personajını oynayan Tyler Perry Affleck-in müasir mahnıları bilmədiyini düşünərək təsadüfi mahnılar oxmağa başlayır. Affleck hamını təəccübləndirərək bütün mahnıların sözlərini əzbər oxuyur.



  Filmdəki personajı Nick Dunne ilə eyni gündə - 15 avqustda anadan olan aktyor filmdə əkiz bacısını oynayan və ilk uzun-metrajlı film təcrübəsini yaşayan Carrie Coon barəsində narahat idi. Əslində 9 yaş fərqləri olan cütlüyün əkiz kimi görünməsi üçün Affleck-in 30 yaşlarında görünməsinə çalışılır.



  Filmin bir səhnəsində Ben-in Yankees kepkası geyinməsi lazım idi. Fanatik Red Sox fanatı olan aktyor qəti etiraz edir. Fincher-lə davam edən uzun mübahisələrdən sonra aktyor Mets kepkası geyinməyə razılaşır. Personajını çəkilişlər xaricində də yaxşı araşdıran aktyor arvadını öldürən bir neçə qatili araşdırır və onların davranışlarını öyrənir. Filmdə Nick bunu etməsə də bir müddət əsas şübhəli idi.



  Gone Girl həmçinin Ben Affleck-in səhnədə çılpaq göründüyü ilk filmdir. Aktyor Fincher-in ondan filmin daha avropasayağı və real olması üçün bunu istədiyini, aktyor kaprizinin filmdə olmayacağını dediyini açıqlamışdı.

  Filmdəki ən uğurlu ifa isə şübhəsiz Gone Girl-ə qədər gözlədiyi partlayışı edə bilməyən Rosamund Pike-ın idi. İfası ilə Oskar, Qızıl Qlobus və BAFTA mükafatlarına ilk dəfə namizəd olan aktrisa çəkilişlər müddətində 3 dəfə 13 kq arıqlamalı və kökəlməli olur. Kökəlmək üçün dayanmadan qamburger yeyən aktrisa arıqlamaq üçün professional boksçularla gündə 4 saat məşq edir və hər gün sürətlə qaçır.



  Personajı üçün Nicole Kidman-ın To Die For filmindəki və Sharon Stone-un Basic İnstinct filmindəki ifasından ilham aldığını söyləyən Pike bədən dili üçün davamlı olaraq Carolyn Bessette Kennedy-ni izləmişdi. Filmdə Pike-ın Neil Patrick Harris-lə olan məşhur sevişmə səhnəsi üçün aktrisa Fincher-dən ayrıca məşq etmək istədiyini söyləyir. Cütlük 2 saat heç kim olmadan səhnə üçün hazırlaşır.



  Filmdə Amy və Nick-in evlərindəki iç çəkilişlərdə adətən vizual effektli səhnələrdə istifadə olunan yaşıl fondan istifadə olunurdu. Həmin ev həmçinin Paranormal Activity 2 filminin çəkildiyi evdir.



  Filmin ssenarisi ilk formasında 177 səhifə idi. Əgər həmin formada çəkilsəydi film 1 saat 57 dəqiqə davam edəcəkdi (öz müddəti 2 saat 29 dəqiqədir). Tanner Bolt personajı isə ilk formasında ssenaridə "Alec Baldwin stilində" kimi qeyd edilmişdi. 

  Fincher Nick-in birlikdə olduğu tələbəsi Andie üçün aktrisa axtarışında olanda Emily Ratajkowski-ni tanımırdı. Aktrisanı bir klipdə görən Affleck rejissora onu məsləhət görür. Klipi izləyən Fincher ifanı bəyənir və rolu cazibədar aktrisaya verir.



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder