City of God (Tanrının Şəhəri) Filminin Orijinal Analizi



  Orijinal adı Cidade de Deus olan City of God filmini
küçə həyatını səhnələşdirən ən yaxşı film kimi qiymətləndirmək olar. 2002-ci ildə braziliyalı rejissor Fernando Meirelles-in rejissorluğu ilə çəkilən film Paulo Lins-in romanı əsasında Braulio Mantovani-nin ssenarisi ilə çəkilmişdi.



  Rio-da ən təhlükəli qəsəbələrindən birində olan real həyat hekayələrini səhnələşdirən film gözlənilmədən ən yaxşı xarici dilli film nominasiyasında Oskara namizəd olmasa da 4 nominasiyada - ən yaxşı rejissor, uyğunlaşdırılmış ssenari, operator və montaj nominasiyalarında mükafata namizəd olmuşdu. 466 min səs əsasında 8,7 IMDb xalı olan film Top 250 siyahısında 21-ci yerdədir. Cəmi 3,3 milyon dollar büdcə ilə çəkilən filmin Metascore xalı 79-dur.




  Katia Lund-un asistentliyi ilə filmi çəkən Meirelles çəkilişlər zamanı ciddi problemlərlə üzləşir. Əvvəlcə filmin romanda yazıldığı kimi hadisələrin cərəyan etdiyi şəhərdə çəkilməyi planlaşdırılırdı. Lakin həmin qəsəbədə xuliqanlıq elə həddə olur ki, şəraiti təhlükəli hesab edən rejissor çəkilişləri həmin qəsəbəni yaxınlığındakı qəsəbələrin birində daha təhlükəsiz yerdə çəkir.



  Filmin premyerasından sonra bir müsahibəsində Fernando: "Rioda film çəkməyin bu qədər təhlükəli olduğunu bilsəydim bu filmi çəkməzdim." demişdi. Filmdə küçədəki müharibələrdən öncə uşaqların dua etdiyini görürük. Rejissor əslində bunu bilmirdi. Həmin qəsəbədə yaşayan bir gənc bunun bir adət olduğunu Meirelles-ə deyir. Həmin səhnələri filmə əlavə edən rejissor dua səhnələrində liderliyi də həmin gəncə verir.



  Filmin əsas obrazlarından Buscape və Marina-nın söhbəti: "O heç vaxt isti suda duş almayıb." əslində ssenaridə yazılmamışdı. Həmin səhnədən əvvəl qəsəbədə yaşayan bir uşaq haqqında söhbət edən aktyorlar bu dialoqu improvizə edirlər.



  Digər əsas personajlardan Knockout Ned-i canlandıran Sue Jorge Braziliyada sambo-soul müğənnisidir. Onun mahnılarından biri həmçinin filmin mahnısı idi. Filmdə gördüyümüz aktyorların əksəriyyəti hadisələrin baş verdiyi real qəsəbənin sakinləri idi. Bunların içində baş rollar Knockout Ned və Buscape/Rocket obrazlarını canlandıran Sue Jorge və Alexandre Rodrigues də var.



  Çəkilişlər zamanı bir çox maraqlı hadisə də yaşanır. Knockout Ned ilk dəfə adam öldürəndə ətrafdakılar uşağı təbrik etməyə gəlirlər. Bu zaman ona ilk yaxınlaşan qadın həqiqi Ned-in anası idi. Gənc Rocket-in atasının qardaşını şillələdiyi səhnədə aktyorun qəhqəhə ilə güldüyünü görürük. Bu ssenaridə nəzərdə tutulmasa da filmdən çıxarılmır.



  Həmçinin final səhnəsində balaca uşağın ayaqqabısını götürmək üçün qayıtmağını görürük. Bu da nəzərdə tutulmamışdı ancaq rejissor azyaşlı uşağın varlığına diqqəti yönəltmək üçün həmin səhnəni filmdən çıxarmır.

  Filmdə qəzet redaksiyasında gördüyümüz insanların əksəriyyəti filmin çəkiliş komandası idi. Sonlarda gördüyümüz beton divarlar arasındakı cəsəd yığını müharibə dövründə çəkilmiş mükafat qazanan məşhur fotoya işarə idi.

                                    

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder