Anne Hathaway. Həyatı və Ən Yaxşı Filmləri



Anne Jacqueline Hathaway 1982-ci il 12 noyabrda ABŞ,
New York, Brooklyn-də anadan olmuşdu. Atası vəkil Gerald Hathaway, anası isə müğənni və aktrisa Kate McCauley Hathaway olan Anne uşaq yaşlarından qatı katolik kimi yetişdirilir.



  Qardaşının homoseksual olduğunu öyrəndikdən sonra insanların seçimlərinə qarşı bir məzhəbdən olmaq istəmir və özünü məzhəbsiz xristian adlandırır. Uşaqlıqdan tibb bacısı olmaq istəyən Hathaway Millburn məktəbində oxuduğu müddətdə məktəbin teatr səhnəsində bir çox rollar ifa edir. Getdikcə daha böyük teatr səhnələrinə çıxan aktrisa 15 yaşında ən yaxşı məktəbli aktrisa nominasiyasında Paper Mill Playhouse mükafatına namizəd olur.



  1999-cu ildə qısa ömürlü Get Real serialındakı baş rolu ilə professional aktrisalıq karyerasına başlayan Hathaway 2001-ci ildə sonralar da bir neçə dəfə işləyəcəyi rejissor Garry Marshall-ın The Princess Diaries filmi ilə ilk uzun-metrajlı filminə çəkilir. 2000-ci illərin əvvəllərində daha çox komediya və ailəvi filmlərə çəkilən aktrisanın əsas filmləri The Devil Wears PradaBrokeback Mountain filmlərindən sonra başlayır.



  2008-ci ildə çəkildiyi Rachel Getting Married filmi ilə ilk ciddi uğurunu qazanan aktrisa Oskara və Qızıl Qlobusa namizəd olur. 2011-ci ildə Jake Gyllenhaal ilə çəkildiyi Love & Other Drugs filmi ilə növbəti dəfə Qızıl Qlobusa namizəd olan Hathaway nəhayət 2013-cü ildə Tom Hooper-in Les Miserables filmi ilə Oskar, Qızıl Qlobus və BAFTA mükafatlarını qazanır.



  Hathaway 2011-ci il 11 dekabrda Denzel Washington ilə Nobel Sülh Mükafatının təqdimetmə mərasimində aparıcı olmuşdu. 2013-cü ildə 85-ci Oscar Təqdimetmə mərasimində də James Franco ilə aparıcı idi. Hathaway 2012-ci il 29 sentyabrda aktyor Adam Shulman ilə evlənib.



  Son illərə qədər vegeteryan olan Hathaway bir neçə ay əvvəl Lip Sync Battle verilişində Miley Cyrus parodiyası ilə uzun müddət gündəmdə olmuşdu.

            

  Sevimli aktrisaları Cate BlanchettSigourney Weaver, aktyorları Joaquin PhoenixRalph Fiennes, filmləri City of GodAmelie olan cazibədar aktrisanın ən yaxşı 11 filmini təqdim edirik:













11. One Day



















10. Get Smart
















9. Becoming Jane
















8. Love & Other Drugs




















7. Alice in Wonderland


















6. Rachel Getting Married

















5. The Devil Wears Prada



















4. Les Miserables

















3. Brokeback Mountain

















2. The Dark Knight Rises

















1. Interstellar



filmin analizi buradan






Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder