Amelie (Le Fabuleux Destin d'Amelie Poulain) Filmi və Haqqında Maraqlı Məlumatlar



2001-ci ildə Avropa kinosunun ən yaxşılarından,
məşhur fransız rejissor Jean-Pierre Jeunet-in şah əsəri Amelie filmi işıq üzü görür. 77 milyon dollara çəkilən komediya-melodram janrındakı film IntouchablesFifth Element filmləri ilə birlikdə ən çox gəlir gətirən Avropa filmlərindəndir.


  5 nominasiyada - ən yaxşı ssenari, dekorasiya, operator, səs və xarici dilli film Oskara namizəd olan Amelie incə psixoloji momentləri və yumoru ilə ilk dəqiqəsindən sona kimi zövqlə izlənir. Ən yaxşı xarici dilli film nominasiyasında Qızıl Qlobusa da namizəd olan film ssenari və dekorasiya nominasiyalarında BAFTA mükafatını qazanmışdı. 464 min səs əsasında 8,4 IMDb xalı olan filmin Metascore xalı 69-dur.



  Da Vinci Code filmindən də tanıdığımız Audrey Tautou-nun uğurlu ifası ilə bəyənilən film haqqında seçdiyimiz maraqlı məlumatları təqdim edirik.











Jean-Pierre Jeunet filmlərində adətən bir və ya hər iki valideynini itirmiş personajlara baş rol verir. Amelie-nin də anası ölmüşdü.










Filmin əsas rəngləri - yaşıl, sarı, qırmızı braziliyalı rəssam Juarez Machado-nun əsərlərindən ilham alınaraq hazırlanmışdı. Amelie-nin yataq otağındakı rəsm əsərləri (it, qu quşu və s.) və xəyali dostu timsah isə sənətçi Michael Sowa-nın idi.











Audrey Tautou suda daş atmağı bacarmırdı. Həmin səhnə xüsusi effektlər istifadə edilməklə çəkilmişdi.























Amelie filminin ssenarisi Fyodor Dostoyevski-nin İdiot əsərindən ilham alınaraq yazılmışdı. Romandakı Hippolite Terentyev Ameile ilə demək olar eyni xarakterdə idi.
















Filmin çəkilişlərinin olduğu küçələr qrafitilər, bina uçqunları və zibillə dolu idi. Film heyəti çəkilişlərdən əvvəl uzun müddət bu ərazini təmizləmişdi. Xüsusilə qatar stansiyası çəkilişləri ən zəhmətli başa gələn idi.

















Rejissor Jean-Pierre Jeunet Amelie-nin xatirələrini 1974-cü ildən toplamağa başlamışdı.

















Filmdəki 2 baş rolun qarşılıqlı dialoqu yoxdur.

















Filmin əvvəlində çəkiliş heyətini fərqli üslubda görürük. Amelie-nin düzəltdiyi oriqamilərin hər biri bir çəkiliş üzvünün işini təmsil edir.












Amelie obrazı ssenari yazılarkən Emily Watson üçün düşünülmüşdü. Aktrisa rolu istəyirdi amma fransız dilini bilməməsi və həmin vaxt Gosford Park (2001) filmindən gələn təklif aktrisanın roldan imtina etməsinə səbəb olur.


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder