Ssenarist Rejissor : Robert Bresson
Premyerası : 1959
"Bu film dedektiv film deyil. Bir oğrunun yaşadığı qorxulardır..."
Fransa kinomotoqrafiyasının dahilərindən olan Robert Bresson heç bir üz ifadəsi dəyişmədən çəkdiyi və cibgirliyin bir sənətə çevrilməsini göstərən yeni dalğa filmlərindən biridir. Sadəcə çəkilişləri və aktyorları ilə belə çəkilişlər üçün milyonlar xərcləyib məşhur aktyor heyətindən ibarət olan kinolardan üstün bir filmdir. Robert Bresson kameranın bütün baxış nöqtələrini Michel'in qorxu və həyəcanına yönəldərək ən gözəl şəkillərin, anların bir şey ifadə etmədiyini amma şəkillərin və anların öz yerlərinə görə vacibliyini dilə gətirib. Görüntülər, başqa görüntülərlə yan-yana gəldiyində, sadəcə bir rəngin başqa bir rənglə bir araya gəlməsi kimi dəyişməlidir. Mavi, yaşılın, sarının, qırmızının yanında hər zaman mavi deyil. İnqilabın olmadığı yerdə sənət olmaz. Qəhrəmanımız dönəmin Fransasında yaşayan intelektual və ağıllı biri olsa da öz vərdişlərin qarşısına keçə bilmir. Anarxist ruhu ilə qaydalara meydan oxuyan Michel heç bir hadisəyə reaksiya göstərməz. Sanki hər şeyi qəbullənmişdir.
"Filmləri hazırlayarkən nə edəcəyim üzərində çox düşünmürəm : sadəcə bir şeyləri açıqlamadan bəzi şeyləri hiss etməyə çalışaram. Düşünmək qorxunc bir düşməndir. Sənətlə məşğul olarkən ağlını istifadə etmək yerinə, hisslərini və qəlbini istifadə etməlisən ! "
Bir insan yaxşılıq etmək üçün pislik edə bilər mi ? Sualın cavabını Robert Bresson usta şəkildə vermişdir. Başlar-başlamaz iş axtarışında olan lakin heç cür cəmiyyətlə ayaqlaşa bilməyən Michel üçün artıq cinayət işləmək qaçınılmaz hal almışdır. Artıq sonunu bilmədiyi qaranlıq yolun başlanğıcında olan və getdikcə təcrübə qazanmış Michel xəstə anasını görməkdən belə utanır. Qarşılaşdığı və onun bu vəziyyətdən çıxaracaq yol isə sadəcə Jeanne'dir. Lakin hər şey bu qədər asan olmamalıdır. Parisin ən qorxulu cibgirinə çevrilən Michel artıq qorxmalıdır çünki qanun qoruyucuları onun hər hansı bir səhvini axtarmaqdadır. Sevdiklərinə qarşı yaxşılıq etməyə çalışan Michel pisliklər etməkdən də çəkinmir və Dostoyevskinin Raskolnikov obrazını xatırladır. Ssenaristin bu obrazdan ilhamlanmış olması qaçınılmazdır nə də olsa "Cinayət və Cəza" romanının məşhur cinayətkar obrazı Paris küçələrinin tanınmış günahkarlarından olan Pierre François Lacenairedən ilhamlanaraq yazılmışdır.
- Bu oğrular yenə də ən axmaq insandılar. Çox tənbəldilər !
+ Barrington bir tənbəl deyildi. Bütün gecələri oxuyaraq səhərin gəlməsini gözləyirdi.
- Varlıları aldadaraq onlarla dost olurdu və sonra da dostlarını qarət edirdi.
Filmdə Michel'in dostu Jacques isə cəmiyyətin, sistemin arzuolunan obrazdır. Əxlaqlı, işgüzar, romantik. Fransız yazar Grange'nın yaratmış olduğu Jacques Reverdi Michel kimi cəmiyyətin və sistemin yaratmış olduğu qanunlarla lağ edərək istədikləri kimi yaşayan bir obrazdır. Bu yaxınlarda haqqın rəhmətinə qavuşan Charles Manson'un dediyi kimi :
"Tanrı sizi bunlara görə yarğılayacaq. Bu dünyanı siz yaratdınız mən deyil. Siz öz yaratdığınız dünyada yaşayırsınız : vergi verərək, işə gedib-gələrək və belə məhkəmələr təşkil edərək bu dünyanı bu vəziyyətə siz gətirdiniz. Mən həmişə yetim yaşadım və belə yaşamaq çox çətindir. Çünki səndən başqa heç kim səni müdafiə etməz. Amma qanun ilə yaşarkən belə özüvüzü müdafiə edə bilməzsiniz. "
Bu qanunların zülümkar qoruyucularına tab gətirməyən Michel hər şeyi buraxaraq gedər. Lakin getdiyi İngiltərədə tutunabilməyən yenidən qayıtmışdır. Lakin hər şey olduğu kimi qalmamışdır. Dostu Jacques Jeanne ilə evlənmiş və bir uşaqları olmuşdur. Lakin onları tərk edən Jacquesin geriyə buraxdıqları ilə artıq Michel maraqlanmaqdadır. Ssenarist bir daha əxlaqi ünsürlərin nə olduğunu düşünməyimizə imkan yaradır.
Qərarsızlığın, qorxunun nümunəvi obrazlarının paylaşıldığı Michel və Jeanne artıq birləşmişdir. Lakin aralarında əngəllər qalmaqda idi. Belə ki, Michel polislər tərəfindən həbs edilmiş və gedəcək heç kəsi olmayan Jeanne artıq yalnız qalmışdır. Jeanne olan hissləri hər zaman gizlədərək onu ən yaxın dostuna itirən Michel artıq üsyan edərcəsinə sakitcə qışqırır :
"Ohh Jeanne səni əldə etmək üçün o qədər qəribə yollardan keçdim ki..."
0 comments:
Yorum Gönder