Yəqin ki, hamı serialın bütün ssenarisinin internetə yerləşdirilməsi şayiəsindən xəbərdardır.
Bu əslində şayiə deyil və Reddit başda olmaqla bir çox məşhur xarici saytlarda ssenari artıq yerləşdirilib. Düzdür ssenarinin dəqiqliklə belə olacağı 100% ehtimalla olmasa da, ssenaridəki detallar və üslub, həmçinin belə böyük seriallarda ssenarinin çox əvvəldən hazır olması, yalnız xırdalıqlarda dəyişikliklər edilərək formalaşdırılması bilinən reallıqlardır.
Çox uzatmadan bu günə qədərki ən böyük Game of Thrones yazımızı təqdim edirik. 8-ci sezonun tam ssenarisini dilimizə tərcümə edilmiş şəkildə oxuya bilərsiz.
Kitablar məhdud saydadır, tələsin
Kitablar məhdud saydadır, tələsin
1-ci epizod:
Gecənin Kralının Qara Qalaya hücumundan sonra Tormund və Gendry qaçır. Wight Viserion gecə növbətçiləri və yabanıları kül edir. Beric Dondarrion Whitewalkerlarla döyüşmək üçün qalır amma whitewalkerın Edd-i öldürməyinə mane ola bilmir.
Biz arxada yanan Qara Qalanı görərkən Tormund və Gendry Qışyarına at çapırlar. Daenerys, Jon, Tyrion, Davos, Jorah, Brienne, Podrick, The Hound, Missandei, Varys və Theon Qışyarına gəlir.
Davos qalanın Jon-la birlikdə getdiyi vaxta nisbətən daha soyuq və qaranlıq olduğunu deyir. Jon və Arya qovuşur. Daenerys Sansa ilə tanışır və Sansa Jon ilə Danynin bir-birini sevib sevmədiyini soruşur. Dany cavabdan yayınır. Sansanın Jonun Dany ilə qayıtmasından heç xoşu gəlmir.
Jon bunu başa düşür və onunla danışır. LittleFingerin ölümündən və gözlərinin qabağında onlara xəyanət etməsindən danışır. Cersei ilə əlbir olmağın axmaqlıq olduğunu deyir. Tazı və Arya söhbət edir. Arya Tazıya onu öldürmədiyinə görə peşman olduğunu deyir. Tazı xüsusən divarın o biri tərəfində gördüklərindən sonra ölmüş olmağı üstün tutduğunu deyir.
Euron Kral Şəhərinə Qızıl Ordu ilə gəlir və Taxt otağında Qızıl Ordunun sərkərdələri ilə Cersei-ni tanış edir. Cersei muzdlu əsgərləri Kral Şəhərinə gətirdiyinə görə Eurona təşəkkür edir. Cersei kamandandan Qasırğa Burnunu almağını və ordunu qalanın içində yerləşdirməsini istəyir.
Robert Baratheon keçmişdə ona qalanın uzun illərdir sağlam qaldığını demişdi, Cersei qalanın Uzun Gecə olanda da dözəcəyini düşünür. Qalanı Baratheonların tutmadığı üçün oranı almağın asan olacağını düşünür. Böyük Savaş başlayanda orada özlərini qoruya biləcəklərini fikirləşir.
Euron Cersei ilə sevişmək istəyir. Euron ona verəcəyi şeydən sonra qardaşının yadına düşməyəcəyini deyib zarafat edir. Cersei onunla yatmaq istəməsə də edir. Səhər tezdən Euronu muzdlu əsgərlərlə birlikdə qalanı almaq üçün Qasırğa Burnuna göndərir.
Euron Cerseiyə qayıdandan sonra kral olmaq istədiyini deyir. Gəmidə Euron ilə Yara Kraliça Cersei haqqında danışırlar. Yara Kraliçanın onu nəinki əri heç ev heyvanı kimi də saxlamayacağını deyir. Euron gülür və tezliklə Bravosdakı dostlarının bu məsələ ilə məşğul olacağını deyir.
Daenerys, Jon, Sansa, Tyrion, Davos, Missandei, Sam, Varys, Şimal Lordlar və Vadi Sərkərdələri Qışyarının Büyük Salonunda yığışırlar. Robin və Yohn Royce da oradadır. Sam Jon ilə yenidən görüşür və qucaqlaşırlar. Şimal Lordlarınin Daenerys-i Kraliça kimi qəbul etmələri xoşlarına gəlmir. Daenerys özünü yaxşı müdafiə edir amma hələ də Şimalın dəstəyini tam qazana bilmir.
Lyanna Mormont Daenerys Targaryen-a ona heç vaxt əlahəzrət deməyəcəyini, çünki tanıdığı yeganə Kralın Jon Snow olduğunu deyir. Tyrion gülür və ona vəhşi qız olduğunu deyir. Jorah da Mormontların heç nədən çəkinmədiyini deyib cavab verir. Jon mübahisəyə vaxt olmadığını və hələ də Lannister ordularından xəbər olmadığını deyir.

Sansa ona Cerseiyə heç vaxt inanmaq olmaz deyib cavab verir. Tyrion bacısına inana biləcəklərini deyir amma Dany də ona inanmadığını deyir. Gecə Kralına qarşı Şimalı necə müdafiə edəcəklərini müzakirə edirlər. Jon Snow Robinə Qartal Yuvası ordusunu gətirməyin yaxşı fikir olduğunu, onların Şimal üçün vuruşacaqlarını deyir. Görüşdən sonra Dany Jon-a Şimallıların inadkar və dar düşüncəli olduğunu deyir.
Theon Qışyarında Bran Starkın yanına gəlir. Stark ailəsinə etdiklərinə görə üzr istəyir amma Bran buna ehtiyac olmadığını deyir. Theonun bacısının Sansaya kömək etdiyini, Ramsay Boltonun ona nə qədər işgəncə verdiyini bildiyini deyir. Theon bunları necə bildiyini soruşsa da Bran cavab vermir.
Arya və Brienne döyüşə hazırlaşır. Jon bacısının qabiliyyətini görüb təəccüblənir. Arya iti ucu düşmanlarına yeritməyi heç vaxt yaddan çıxarmadığını deyir. Jon Aryadan Böyük Salondakı toplantıya niyə gəlmədiyini soruşur. Arya Sansanın belə işlərdə ondan daha yaxşı olduğunu deyir.

Volantisdə Leydi Melisandre Qızıl Hücrəyə girir. Kinvara onu çox mehriban qarşılayır. Melisandre gələn Böyük Müharibədə öz missiyasını tamamladığını - buzla atəşi qovuşdurduğunu deyir. Vəd edilən Kral Jon Snow-a xidmət etdiyini və onu həyata qaytardığını deyir.
Kinvara Melisandre-ə tanrılara o barədə yaxşı xidmət etdiyini ancaq cavab verməli olduğu çox səhvlər etdiyini deyir. Kinvara Melisandre-ə Şimala qayıtmalı olduğunu və tanrının bir qurban daha istədiyini deyir. Melisandre Şimala girməyə icazəsi olmadığını deyir. Kinvara gülür və onda onun səhvlərinə görə cavab verməli olduğunu deyir.

Jamie Lannister bir bir məkanda Bronn ilə görüşür. Jamie Bronn-un onu izləməsinə təəccüblənir və niyə onu izlədiyini soruşur. Bronn o pis qoxulu şəhərdə maraqlı heç nə olmadığını, macəra yaşamaq üçün Şimala gəldiyini deyir. Jamie Bronn-un yanında olmağından məmnun olur.
Bronn Jamiedən ən çox sevdiyi qadını niyə tərk etdiyini soruşur amma Jamie sualdan yayınır. Bronn daha sonra Kral Şəhərini tərk edib nə edəcəyini soruşur. Jamie Bronn-a Nehirovaya - Lannister qarnizonunu nizama salmağa getdiyini deyir.

Tormund və Gendry, Qışyarına çatır. Jon Snow Sansadan Branın niyə Böyük Salona gəlmədiyini və onunla danışmadığını soruşur. Sansa Branın çox dəyişdiyini və artıq özünə 3 Gözlü Quzğun dediyini deyir. Jonun onunla danışmağa cəhd etməməli olduğunu deyir.
Bran Jonu görəndə keçmişi xatırlayır. Jon Divardan o tərəfdə warg gördüyünü deyir. Sam Branın warg-dan daha qabiliyyətli olduğunu Yaşıl Görən olduğunu deyir. Sam və Bran Jon-a onun əsl ailəsi haqqında danışırlar. Jon əvvəlcə inanmır. Bran Jona bildiyi hər şeyi danışır.
Gecə Kralına qarşı döyüşdüyünü və öz adamlarının onu bıçaqladığını detallı şəkildə Jona danışır. Jon hələ də bir Targaryen olduğuna inana bilmir. Sam Dəmir Taxtın əsl varisinin Dany yox məhz o, yəni Aegon Targaryen olduğunu deyir və epizod bitir.
0 comments:
Yorum Gönder