Dini Mövzuda 11 Keyfiyyətli Film



  Bu dəfə əvvəllər heç vaxt toxunmadığımız mövzuya toxunduq

- din mövzusunda ən yaxşı filmləri seçməyə çalışdıq. 









The Passion of the Chirst (2004)



  Mel Gibson-un 2004-cü ildə rejissorluğunu etdiyi bu filmdə, bu dəfə müqəddəs insanı canlandıran aktyor Jim Caviezel-dir. Cazibədar Monica Bellucci isə Maria Maqdalena rolundadır. 
  İki saatlıq film İsa Məsihin çarmıxa çəkilməzdən öncəki  iki saatlıq zamanda cərəyan edir. Hadisələr İsanın sonuncu şam yeməyi ardınca etdiyi dua ilə başlayır. Yaxşı operator işi filmi baxımlı edir, vizuallıq izləyicini özünə çəkir. Çox sadə sujet xətti olan film demək olar ki, İsanın işgəncələrindən ibarətdir, kəskin şiddət səhnələri var.








The Ten Commandments (1956)



  1923-cü ildə çəkdiyi filmin illər sonra remeykini çəkən rejissor Cecil B. DeMille, bu dəfə geniş imkanlarla öz zamanına görə çox böyük büdcəli və uzun xronometrajlı film yaradır. 220 dəqiqəlik film Tövrat və İncilə əsasən yazılıb.  Baş rolda, gələcəkdə Ben Hur ilə Oskar alacaq öz dövrünün öndər aktyorlarından biri Charlton Heston və elə həmin il The King and I filmi ilə Oskar almış Yul Brynner oynayır.
  Bilidiyiniz kimi film Musanın məşhur hekayəsindən bəhs edir. Onun körpəlikdən tərk edilməsi, Fironun bacısının Musanı tapıb saxlamasından tutmuş, illər sonra öz qövmünü götürüb Misiri tək etməsi və 10 əmrin yerçəkləşməsinə kimi olan uzun hekayəni seyr edirik. Dini mövzuda çəkilən ən yaxşı filmlərdən biridir.



Noah (2014)



Bu dəfə klassik Nuh hekayəsini Aronofsky işləyib. İnsanlar yolunu azıb yaradana üz çevirdiyinə görə Tanrı onları cazəlandırmaq üçün dünyada böyük tufan bərqərar edir və tək qurtulanlar Nuhun gəmisində olanlardır. Bu dəfə
xilaskar rolunda Oskarlı aktyor Russell Crowe, Oskarlı aktrisa Jennifer Connelly, Oskara uzaqdan baxan aktrisa Emma Watson, Ray Winstone və Anthony Hopkins.





Ben-Hur (1959)



Willam Wyler-in şah əsəri Ben Hur 1960 cı ildə keçirilən Oskar mərasimində rekord qıraraq 11 Oskar qazanmış və 38 il ərzində bu yerin tək sahibi olmuşdur. Film Lew Wallace-ın romanı əsasında tarixi macəra janrdadır. 
  Varlı yəhudi şəhzadəsi Ben Hur uşaqlıq dostu ilə təsadüfən görüşdən sonra, onunla zidd siyasi görüşləri nəticəsində sürgünə yollanır. O İsa Məsihi çarmıxa çəkilərkən görmüşdü.
3.5 saat sürən filmin hər səhnəsində böyük əməyin nəticəsini görürük. Öz zamanı üçün çox böyük büdcəyə sahib olan film, yaxşı da qazanc əldə etmişdi.





Muhammad: Messenger of God (2015)



Premyerasından sonra çox böyük fasilədən sonra yayımlanan film Majid Majidi-nin rejissorluğu ilə sərgilənir. Film məhzəblər arasında qalmaqala da səbəb oldu. Məhəmməd peyğəmbərin uşaqlıq və yeniyetməlik dövründən bəhs edən bioqrafiya gözlənildiyi uğuru qazana bilmədi. Ama İslam dini haqqında olan yaxşı filmlərdən biri hesab etmək olar. Eyni zamanda indiyə kimi İran istehsalı olan ən bahalı film olmuşdur.








The Last Temptation of the Christ (1988)



  İsa Məsihin həyatı dəfələrlə böyük ekranlarda, fərqli rejissorların fərqli baxışları ilə görünüb. Bu film isə bəlkə də İsa haqqında çəkilmiş ən yaxşı filmdir. Əfsanəvi rejissor Martin Scorsese-nin rejissorluq etdiyi, Paul Schrader-in qələmindən çıxmış bu filmdə baş rolları iki böyük aktyor- Willem DafoeHarvey Keitel canlandırıb.
  Bu film yayımlandığı ilk vaxtlardan çox böyük tənqidlərə məruz qalmış, kilsələr tərəfindən lənətlənmişdir. Çünki filmdə İsa müqəddəs insandan daha çox adi insan kimi göstərilmişdir. Rejissorun ən səs gətirən filmlərindən biridir.










The Message (1976)



 Məkkə 6-7-ci yüzillik. İslamın “cahiliyyət” adlandırdığı dövr. Bütün “xilaskarın gəlişindən öncəki dövrün hekayələri kimi, ətrafda azğınlıq baş alıb gedir. Qız uşaqları doğulan kimi diri-diri basdırılır. Belə bir zamandan Cəbrayıl vasitəsi ilə Allah tərəfindən Məhəmməd Abdullaya vəhy gəlir. Bir sözlə film İslamın ortaya çıxdığı dövrü ələ alıb. Filmin musiqisi Oskara namizəd olmuşdu.







The Passion of Joan of Arc (1928)



  Carl Theodor Dreyer məşhur Janna dArk hekayəsini ilk dəfə lentə alan rejissor olmuşdur. İlk olmasına baxmayaraq, ondan sonra dəfələrlə təkrar-təkrar işlənsə də ilk film elə ən yaxşısı hesab olunur. Üstəlik rejissorun son səssiz filmidir. Bəli film səssizdir və 2 saat ancaq Maria Falconetti-nin gözlərini bərəltməyinə baxacaqsız. İzləyin siz də niyə ən yaxşı olduğunu görün.








 Black Narcissus (1947)



  Himalay dağlarının ətəklərində tanrının unutduğu bir kəndə 3-4 rahibə göndərilir. Onlar oradakı uşaqlara həm dərs keçir, həm də səhhətlərinə nəzarət edir.  Rahibələr getdikləri yerdə məktəb tikmək qərarına gəlirlər, amma onlara heç kim inanmır. Özlərini getdikcə arışıq hadisələrin içində tapan rahibələrdən biri  Dean-ə qarşı hisslər yaşayır. 
Rumer Godden-in romanı əsasında çəkilmiş filmin rejissorluğunu Michael Powell etmişdir. Baş rolda öz gözrünün ən yaxşılarından olan, 6 Oskar namizədli Deborah Kerr-dir.










Au Hasard Balthazar (1966)



Robert Bresson-un bütün tənqidçilər tərəfindən ortaq qərarla ən yaxşı filmi olan Baltazar. Baltazar bir eşşəkdir. Film Baltazar-ın doğumundan ölümünə qədər olan istirablı həyatı  rəsm edir. Eşşək bəzən zalım, bəzən mərhəmətli insanların əlinə düşər. Əziyyətini çəkdiyi insanların günahlarını da çiynində daşıyar sanki. Bu qədəri yedər. Artıq filmin din ilə necə bir bağlılığı olduğunu tapmaq sizə qalır. Filmin Metascore xalı 100-dür.






God’s Not Dead (2014)



Sonda isə siyahıda olan digər filmlərdən fərqli olaraq tamamilə propaqanda məqsədli çəkilmiş bir film. Maraqlıdır
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder