Keanu Reeves. Həyatı və Ən Yaxşı 15 Filmi

  


Tam adı Keanu Charles Reeves olan Keanu Reeves 1964-cü
ilin 2 sentyabrında Beirut, Livanda anadan olub. Anası Patricia Taylor kostyum dizayneri, atası Samuel Nowlin Reeves isə geoloq idi. Valideynləri ayrıldıqdan sonra o, anası və bacısı ilə New-York-a, sonra isə Torontoya köçmək məcburiyyətində qaldı.



      Orta məktəbdə oxuduğu müddətdə dərslərinə marağı olmamışdı. Buz hokkeyinə və drama daha çox marağı olmuşdur. Hətta buz hokkeyi oynadığı dövrdə ləqəbi “The Wall”, yəni “Divar” idi.



       O, aktyorluq karyerasını inkişaf etdirmək üçün məktəbdən çıxdı. Keanu əvvəlcə müxtəlif kinolarda kiçik hissəli rollar alır, reklamlarda oynayırdı. O, 1986-cı ildə Kanadada çəkildiyi "Youngblood" filmindən sonra tanınmağa başladı və Torontodan Los Angeles-ə köçdü. Bir neçə kiçik rollardan sonra o, "River's Edge" filmində iştirak edir və bu filmin uğur qazanmasından sonra "Bill and Ted's Exellent Adventure" filminde oynayır.



       Müxtəlif filmlərdə yer aldıqdan sonra Reeves "Speed" filmi ilə geri döndü. Bu film Reeves-ə çox böyük uğur gətirdi. Bundan sonra o, "Jhonny Mnemonic""Chain Reaction" kimi filmlərdə oynadı. Lakin hər iki film də uğursuzluqla nəticələndi. Kariyerasında geriləmə yaşayan Reeves-ə "Speed"in davam filmində oynaması üçün 11 milyon dollar təklif edildi, lakin o, bu təklifi rədd edərək, Al PacinoCharlize Theron ilə "The Devil's Advocate" filmində rol aldı.



        1999-cu ildə şedevr olan "The Matrix" filmində Neo obrazını canlandıran Reeves yenidən böyük bir Hollywood aktyoru olduğunu sübut etdi. "The Matrix"-in davam filmlərində də çəkilən Reeves 31 yanvar 2005-ci ildə Hollywood Walk Of Fame-də bir ulduz sahibi oldu. 2006-cı ildə "Speed" filmindən sonra ikinci dəfə bir araya gələn Sandra Bullock ilə Reeves "The Lake House" filmində yenidən birlikdə oynadılar.


          1995-ci ildə "People" jurnalının keçirdiyi "Dünyanın Ən Gözəl 50 İnsanı" siyahısında var idi. 1997-ci ildə "Empire" jurnalında keçirilən "Bütün Zamanların Ən Yaxşı Aktyor Aktrisaları" siyahısında 23-cü yerə seçildi. 
           1999-cu ilin dekabrında  sevgilisi Jennifer Syme ölü bir qız uşağı dünyaya gətirdi. 2001-ci ilin aprel ayında Jennifer Syme bir şənlikdə spirtli içkini çox qəbul etdiyinə görə yol qəzasında həyatını itirdi. O da Los Angeles-də qızının yanında dəfn edildi.
            "Dracula" filmində Keanu Reeves və Winona Ryder-in toy səhnəsi həqiqi Ortodoks kilsəsində çəkilmiş və həqiqi rahib onları evləndirmişdir. Yəni Ortodoks qanunlarına görə onlar həqiqətdə də evlidirlər. 



            Reeves-in "Dogstar" adlı bir rock qrupu var. Solaxay olmasına baxmayaraq o, gitaranı sağ əli ilə çalır. Məşhur rock qrupu "Anthrax"-ın bir klipində oynamışdı. Son zamanlarda isə "Becky" adlı bir qrupla birlikdə çıxış edir.




Hollivudun ən sadə məşhurlarından olan Reeves belə demişdi: "Pul fikirləşdiyim ən son şeydir. Qabağımızdakı bir neçə əsr qazandıqlarımla yaşaya bilərəm".

Matrix-dən qazandığı 114 mlyn dolların 80 mlyn dollarını xüsusi effekt və makiyaj işçilərinə verərək bunu daha əvvəl də sübut etmişdi. Çünki, onların özündən çox çalışdıqlarını fikirləşirdi. Həmçinin ailəsini maddi cəhətdən çətinlik çəkdiyini öyrəndiyi Matrix-dəki bir set işçisinə kömək etdiyini də bir çoxları bilir.



Hətta “The Devil’s advocate” filmində çalışarkən Al Pacino-nun kastinqə qatılması üçün öz büdcəsindən pul ayrılmasını istəmişdi.   
  

Keanu Reeves-in ən yaxşı 15 filmini təqdim edirik.









15. Street Kings (2008)


















14. The Lake House (2006)


















13. Point Break (1991)


















12. Much Ado About Nothing (1993)


















11. Constantine (2005)


















10. The Devil's Advocate (1997)



















9. Something's Gotta Give (2003)



















8. My Own Private Idaho (1991)


















7. A Scanner Darkly (2006)


















6. Parenthood (1989) 


















5. John Wick (2014)



















4. Dangerous Liaisons (1988)


















3. Dracula (1992)


















2. Speed (1994)




















1. The Matrix (1999)
         






















Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder