Sandra Bullock. Həyatı və Ən Yaxşı 10 Filmi

                                                        

Əsl adı Sandra Annette Bullock olan Sandra Bullock 1964-cü
ilin iyul ayında ABŞ, Virgianada anadan olub. Atası John Bullock ABŞ ordusu işçisi, anası Helga Mathilde Meyer isə opera müğənnisi və səs müəllimi idi. Sandra Bullock uşaq vaxtlarında anası ilə birlikdə avropa opera turlarına gedirdi. Anasının operalarında kiçik hissəli işlər alır, eyni zamanda balet və bal dərsləri ilə də məşğul olurdu. O Staatshteater Nürnberq opera uşaq xorunda oxuyub.



       Sandra-nın sol gözünün üstündəki yaranın səbəbi uşaq vaxti dərəyə düşməsidir.

       Aktrisa teatr işlərinin gerçəkləşdirildiyi Washington-Lee liseyinə gedib. 1982-ci ildə məzun olduqdan sonra, o Greenvile Şimali Carolina-da “East Carolina” universititetində təhsilini davam etdirdi.



        Bullock-un ilk işləri 1993-cü ildə Demolition ManSpeed filmləri oldu. Speed filmi o il olduqca gəlir gətirmişdi. Həmin il o, özünün yazdığı və oxuduğu “Heaven Knocking On My Door” mahnısını çıxartdı.



         1998-ci ildə çəkilən Practical Magic filmində tanış olduğu və hələ də dostluqları davam edən Nicole Kidman onun üçün belə demişdi: “Sandy’dən başqa Hollywooddakı bütün məşhurlar tərəfindən çox sevilən və çox səmimi görünən başqa birini tanımıram”.



          Sandra “Speed”, “Miss Congeniality”, “The Net”, “The Lake House”“Gravity” kimi məşhur filmlərə baş rolları oynamışdır. Aktrisa 2010-cu ildə “The Blind Side” filmi ilə “Ən Yaxşı Aktrisa” nominasiyasında Oscar və Golden Globe mükafatına layiq görülmüşdür.



           1996-cı ildə “People” jurnalı tərəfindən keçirilən “Dünyanın Ən Gözəl 50 İnsanı” siyahısında yer almış və 1997-ci ildə “Empire” jurnalı tərəfindən hazırlanan “Tarixin Ən Yaxşı Aktyor/Aktrisası” siyahısında 58-ci yeri tutmuşdur.



            The Lake House və Speed filmlərində birlikdə yer aldığı Keanu Reeves ilə çox yaxın dost olduqlarını bildirən Bullock, dostluqlarının eynilə kinodakı kimi məktublarla gerçəkləşdiyini bildirir.


            2005-ci ilin 16 iyulunda “Monster Garage” verilişinin aparıcısı olan Jesse James ilə ailə həyatı qurur və 2010-cu ilin dekabr ayında Louis Bullock Bardo-nu övladlığa götürürlər. Lakin Jasse James ilə 5 il evli qaldıqdan sonra 28 iyun 2010-cu ildə boşanma qərarı alırlar. 






          Cazibədar aktrisanın ən yaxşı 20 filmini təqdim edirik:















10.2. Infamous







10.1. The Lake House







9. While You Were Sleeping







8. The Proposal







7. A Time to Kill







6. Miss Congeniality







5. Extremely Loud & Incredibly Close







4. The Blind Side







3. Speed







2. Crash







1. Gravity





Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder