Tam adı
Samuel Leroy Jackson olan Samuel L. Jackson
1948-ci ilin dekabrında ABŞ Washington-da anadan olub. Uşaqlığında anası Elizabeth Jackson ilə Tennessee-də yaşayıb. Alkoqolizm səbəbi ilə vəfat edən atası ilə sadəcə bir neçə dəfə görüşmək şansı olub. Jackson Riverside liseyində oxuduğu müddət ərzində liseyin orkestrında yer almış və eyni zamanda truba çalmışdı. Liseydən məzun olduqdan sonra o, Atlantada “Morehouse” universititetinə qəbul olur və burada “Just Us Theatre” adlı teatr qrupunu qurur.
1968-ci ildə qaradərili lider Martin Luther King Jr-un suiqəstə qurban getməsinin ardından bərabərlik istəyən etirazçılara qoşulan Jackson, bu hərəkətlərinə görə universititet-dən 2 il müddətinə uzaqlaşdırıldı. Qatıldığı “Black Power” hərəkatının silahlanmağa başlaması səbəbindən “Black Power”-dan ayrılır və universititetə qayıdıb, təhsilini tamamlayır.

Universititetdə oxuduğu müddət ərzində teatr qruplarında yer alan Jackson
1972-ci ildə məzun olduqdan sonra müxtəlif TV filmlərində kiçik rollar almağa
başlayır. Aktyorun yer aldığı ilk film 1972-ci il tarixli “Together For Days”
filmi oldu. 70-ci illərin ortalarından 80-ci illərin sonlarına qədər müxtəlif
filmlərdə köməkçi rollarda yer alan və “The Piano Lesson” və “Two Trains
Running” adını daşıyan 2 uğurlu teatr oyununda baş rollardan birini oynayan
Jackson-un kariyerası spirlti içki və narkotik asılılığı səbəbilə büdrədi. Bu
asılılıqları ilə mübarizə apara bilməməsi səbəbilə ailəsi tərəfindən reabilitasiya
şöbəsində saxlanılan Jackson müalicəsini tamamladıqdan sonra kinoya qayıtdı.
Jackson-un 90-cı illərdə oynadığı ilk filmi rejissorluğunu Spike Lee-nin
etdiyi “Jungle Fever” oldu. Narkotik mübtəlalı bir obrazı canlandırdığı bu film
aktyora 1991-ci ildə “Cannes Film Festivalı”-da “Ən Yaxşı Köməkçi
Aktyor” mükafatını qazandırdı. 1993-cü ildə rejissor Quentin Tarantino tərəfindən
çəkilən “Pulp Fiction” filmi Samuel-in həyatında bir dönüş nöqtəsi olur.
Filmdə canlandırdığı qanqster Junes Winnfield obrazı izləyici tərəfindən böyök
rəğbətlə qarşılanır. Və aktyora Hollivudun yüksək büdcəli filmlərində rol
almaq imkanı yaratdı.
1995-ci ildə məşhur aksiyon seriyası “Die Hard”-ın 3-cü filmi olan “Die Hard With A Vengeance”-də Jeremy İrons və Bruce Willis ilə birlikdə oynayan
aktyor, 1997-ci ildə yenə bir Tarantino filmi olan Jackie Brown-da ozunu bir
daha sübut etmək imkanı əldə edir.
90-cı illərdə daha çox sərt və
silahı sevən obrazları canlandırsa da 1996-cı ildə məktəblərdə göstərilən və gənclərin
üçün silahdan istifadənin nə qədər zərərli olduğundan danışan film “Teens And
Guns: Preventing Violenge” filmində oynayır.
1999-cu ildə “Star Wars” seriyasının 4-cü filmi “Episode 1:The Phantom
Menace”-da Mace Windu obrazı ilə izlədiyimiz Jackson, seriyanın digər filmlərində
də bu obrazı canlandırmağa davam edir. 2000-ci ildə “Hollywood Walk Of Fame”-ə
adını yazdıran jackson 2000-ci illərin əvvəllərində “Unbreakable”, “Shaft”,
“xXx”, və “S.W.A.T” kimi uğurlu filmlərdə yer aldı. 2004-cü ildə “Theİncredibles” adlı animasiya filmində yer alaraq “Annie”-də “Ən Yaxşı Səsləndirmə
Sənətçisi” mükafatını aldı.
Iron Man və Iron Man 2 filmlərindı
General Nick Fury-ni oynayan aktyor Marvelin digər filmlərində də bu obrazı
canlandırmağa davam etdi.
Morehouse universititetində
oxuduğu illərdə tanış olduğu aktrisa La Tanya Richardson ilə 1980-ci ildən indiyə
kimi evlidir.
Sam Jackson-un ən yaxşı 20 filmini təqdim edirik:
Qeyd: Aktyor qısa filmlər, səsləndirmələr və seriallar daxil olmaqla bu günə qədər ümumən 172 filmdə çəkilib. Top 20 hazırlamaq çətin olduğunundan ən yaxşı 20 filmindən əlavə 20 film də bu keçiddə yerləşdirirk.
Buradan baxa bilərsiz.

20. The Negotiator (1998)
19. The Red Violin (1998)
18. Eve's Bayou (1997)
17. 1408 (2007)
16. A Time to Kill (1996)
15. Die Hard with a Vengeance (1995)
14. Menace II Society (1993)
13. Unbreakable (2000)
12. Captain America seriyası (2011,16)
11. True Romance (1993)
10. Kingsman: The Secret Service (2014)
9. Sydney (1996)
8. Iron Man seriyası (2008,10)
7. Jackie Brown (1997)
6. Star Wars seriyası (1999, 2002-05)
5. The Hateful Eight (2015)
4. Jurassic Park (1993)
3. The Avengers seriyası (2012,15)
2. Django Unchained (2012)
0 comments:
Yorum Gönder