Jackie (2016) Film Analizi



Komandamızın ən istedadlı üzvlərindən Mənsurun
qələmindən Jackie film analizini və sonda film haqqında bir neçə maraqlı faktı təqdim edirik.
1. Müvəffəqiyyətli bioqrafiya filmi çəkmək qəlizdir. Bir çox bioqrafiya filmi belə desək Vikipediya məqalələrinin təsvirli halı kimi gəlir adama amma “Jackie” həm nəql üslübü, həm də quruluşu ilə son dövrlərdəki digər bioqrafik filmlərdən fərqlənir.
2. Düzdür, film hadisələrin çox dərinliyinə enmir amma yenə də Jackie Kennedy-nin psixologiyasına uğurlu işıq tuta bilir.


3. Filmdə Jackie KennedyNatalie Portman həyat verir və bu aktrisanın karyerasındakı ən yaxşı ifalarından biridir. Portman Kennedy-ni uğurla imitasiya edir, təqlidə qaçmadan obrazını maraqlı, təsirli şəkildə canlandırır. Elə “Tənqidçilərin Seçimi” mükafatlarında da Portman “Ən Yaxşı Aktrisa” kateqoriyasında qalib olub.

          
Jeremy Renner mükafatı təqdim edir.


4. Filmin tamamı Jackie-nin ətrafında dönsə də, tanınmış aktyor heyətinin həyat verdiyi ikinci plandakı obrazlar da filmə çox şey qatır. Jackie-nin yaxın dostu Nancy-ni canlandıran son dövrlərin ən müvəfəqiyyətli və istedadlı aktrisalarından Greta Gerwig, Robert Kennedy rolu üçün bir az fərqli seçimmiş kimi səslənsə də rolunu məharətlə canlandıran Peter Saarsgard və filmdə jurnalist rolunda qarşımıza çıxan Billy Crudup filmin aktyor heyətini təşkil edir.
5. Filmin heyətində bir digər sima isə yaxın tarixdə vəfat edən əfsanəvi aktyor John Hurt-dur. 4 dəfə BAFTA mükafatı qalibi, 2 dəfə Oscar namizədi britaniyalı aktyorun ölməmişdən əvvəl çıxan son filmi idi.
6. Filmin görüntü işi (cinematography) əladır, rejissorun hadisələri bir növ şairənə tonla verməsinə böyük xidmət verir.


7. Düzdür filmin musiqiləri bəzi səhnələrdə artıq istifadə olunmuş ola bilər amma ayrılıqda müvəfəqiyyətli bəstələrdi və filmin tonuna uyur.

          
Musiqi Oscar mükafatına namizəd olmuşdu.


8. Film bu ilin mükafat mövsümündə də gündəmdə olub. Üç oscar və üç BAFTA mükafatına namizəd göstərilib.


9. Namizəd olduğu üç BAFTA-dan birini də qazanıb: Kostyum dizaynı və bunu layiqli qalibiyyət saymaq olar.


10. Filmin premyerası Venesiya film festivalında olmuşdu və burada olduqca müsbət rəylər əldə edərək, “Ən yaxşı ssenari” mükafatı ilə ayrılmışdı.



11. Filmdə olduqca real əks etdirilən sui-qəsd səhnəsinin real hadisə ilə oxşarlığına özünüz qərar verin.

              

Bir neçə qeyd:

- Filmin büdcəsi cəmi 8 milyon $ idi.

- İlkin olaraq filmin rejissoru kimi Darren Aronofsky, Jackie rolunda isə Rachel Weisz düşünülürdü. Lakin Aronofsky filmin prodüseri olmağı seçir və rejissor 41 yaşlı çilili Pablo Larrain olur.



- Larrain film boyu hər səhnəni orta hesabla 3 dəfə çəkmişdi.



- Billy Crudup-un personajının adı filmdə çəkilmir, sadəcə "Jurnalist" kimi qeyd olunur. Əslində isə həmin müsahibəni alan Life jurnalının müxbiri Theodore H. White idi.

- Filmin Metascore xalı 81, Rotten Tomatoes xalı 89, IMDb xalı isə 6,9-dur.

- Çəkilişlər 23 gün Parisdə, 10 gün Vaşinqtonda davam etməklə sürətlə tamamlanmışdı.


- Noah Oppenheim tərəfindən yazılan ssenari 2010-cu ildə "Qara siyahı"-da (The Black List) idi.

- JFK canlandıran aktyor Caspar Phillipson film boyu cəmi bir səhnədə danışmışdı.






Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder