Deadpool 2 Filmini Tarantino-nun Çəkməyini İstəyirsən?
Keçən həftə ilk Deadpool filminin
rejissoru Tim Miller-in Deadpool 2 filmini çəkməyəcəyi rəsmi olaraq açıqlandı. Hamının düşündüyü isə filmin rejissorunun kim olacağı idi.
Bu məqamda fanatik Tarantinosevərlər baş rol Ryan Reynolds-un filmin rejissoru kimi Quentin-i şiddətlə istədiyini xatırlayır və rəsmi online kampaniya platformu change.org-da imza kampaniyası başladırlar.
Məqsədləri 10.000 imza olan fanlar cəmi 2 günə 7.000-dən çox imza toplayıb artıq. Kifayət qədər imza toplandıqdan sonra isə birbaşa Reynolds vasitəsilə Tarantino ilə rəsmi danışıqlar başlanacaq.
Xatırladaq ki, Ryan Deadpool-un ilk bölümünü Quentin-in çəkməyini istəmişdi amma rejissor "komiks dünyasına girmək istəmirəm" deyərək təklifi qəbul etməmişdi.
İmza kampaniyasına buraya klikləməklə dəstək verə bilərsiz.
0 comments:
Yorum Gönder