Ustad David Lynch-in Mulholland Drive filmi
kinematoqrafiyanın ən çətin anlaşılan əsərlərindəndir şübhəsiz. Film haqqında bir çox fikirlər səsləndi, çox analizlər yazıldı. Hərkəs öz versiyasını irəli sürdü. Baxış bucağından asılı olaraq mənası dəyişə bilən film haqqında ən ideal hesab etdiyimiz türk qəzeti Hürriyet-in yazıçısı Murat Salma-nın analizini öz dilimizdə təqdim edirik. Filmi diqqətlə izləyənlər çox təsirlənəcək əvvəlcədən deyək.
Əslində filmin 80%-dən çoxu Diane-ın yuxusundan ibarətdir. Yuxu - filmdə izlədiyiniz bütün o qəribə səhnələrin əsas səbəbidir.
Çox az da olsa flashback və halusinasiyalar da var filmdə. Qalan 20%-lik hissə isə real zaman yaxud buna yaxın vaxtlardır.
Diane (sarışın) (real həyatdakı adı da Diane-dır) bir jitterbug rəqs müsabiqəsində 1-ci olur. Bunu Hollivuda girə bilmək üçün bir pillə kimi istifadə edir.
İstədiyi ulduz olmaqdır - ulduz aktrisa. Ruth xalası ölüb əslində, mirasını Diane-a bağışlayıb.
Aeroportda Diane-ın yanında gördüyümüz qocalar əslində olmayan insanlardır. Onlar sadəcə yuxuda və halusinasiyada var.
Bu qocalar güman ki, onun yaxşı tərəfini təmsil edir, qara üzlü əcaib məxluq isə pis tərəfini.
Nəysə, Diane bəzi filmlərdə oynayaraq irəliləyir.
Bob Brooker adlı rejissorun çəkdiyi "The Sylvia North Story" filmində baş rolu oynamaq istəyir amma həmin vaxtlar tanışdığı Camilla (Əsmər, real adı) ilə də eşq macərasına başlayır.
Camilla ifritənin biridi. Mənfi personaj, eqoist, əzmli, rəhmsiz, biseksual. Rolu alır amma Diane hələ də ona aşiqdir. Diane ilə Camilla bir evdə yaşayır (17 nömrəli çürümüş cəsəd olan ev).
Bol-bol sevişirlər amma Camilla tez-tez bu işin sonunun olmadığını deyir. Diane anlamazlıqdan gəlir. Adam Kesher adlı rejissorun filmində də Camilla Adamı ələ keçirir. Diane kişini ələ ala bilmədiyi üçün içdən-içə pis olur və Camilla-nı Adam-a əldən verdiyini düşünür.
Adam-ı ələ keçirə bilməsə də həmin filmdə kiçik rolda oynayır Camilla ilə birlikdə. Bir gün Camilla ilə Diane evdə sevişməyə başlayırlar. Amma sadəcə başlayırlar...
Diane çox həvəsliykən Camilla sadəcə öpüb "bunu artıq etməməliyik" deyir. Sanki onu incitmək istəyirmiş kimi zalımca deyir bunu.
Diane "bunu bir daha demə" deyir və qəbul etmək istəmir, əlini Camilla-nın şalvarının içinə salır amma Camilla əsəbiləşib "dayan!" deyir.
Diane "ona görə?" deyir və artıq lezbilərin eşqi birtərəfli məhv olur. Adam ilə Camilla evlənməyə qərar verirlər. Bir parti təşkil edirlər bunu elan etmək üçün.
Camilla Diane-i də partiyə dəvət edir, istəksiz olsa da Diane razılaşır. Axşam parti saatında Camilla bir limuzin göndərir Diane-i götürmək üçün və Diane-e zəng vurur: "Gələcəksənmi, maşın səni gözləyir?"
Diane istəksiz də olsa limuzinə minib Adam-ın Mulholland yolunun yaxınındakı evinə gedir.
Diane narahat və düşüncəlidi. Yolun ortasında maşın dayananda qorxur, "burda dayanmamalıyıq" deyir. Sürücü arxaya çevriləndə nəsə etməyindən qorxur sanki, o anda Camilla kəsə yoldan gəlib Diane-i götürür. Adam Kesher də əslində çox da həssas insan deyil. Biraz əclafdır. Anası Coco-dur. Diane ilə Coco orada tanış olur.
Həyətdə biraz içki içdikdən sonra Coco yeməyə başlamalı olduqlarını deyir və Diane-in ürəyinin parçalanacağı o masaya otururlar. Masada Adam və Camilla yersiz mehribandılar. Camilla sanki Diane-e əzab vermək istəyir.
Adam yenicə boşanıb yeri gəlmişkən. Arvadı hovuz təmizləyən kişiylə xəyanət edib ona. "Hovuzu mən aldım təmizləyən adamı o" deyir.
Coco, Diane-i danışdırır. Diane Hollivuda necə gəldiyini danışır - Kanadadan gəlməyi, xalasının ölümü, ona qalan miras, rəqs müsabiqəsi, Bob Brooker-ın baş rolu Camilla-ya verməsi... Yazıq şəkildə bunları danışır.
Adam və Camilla-nın vecinə deyil - çox ruhsuz və şitdilər. Bu Diane-nı daha da incidir və ölüm vuruşunu Camilla edir. Filmdə real adı bilinməyən sarışın qızla öpüşür (yuxuda adı Camilla-dır). Sonra da Adam-la öpüşərək evlilik qərarlarını elan etməyə hazırlaşırlar. Sarışın Camilla-nı öpdükdən sonra həyətə çıxmaq üçün gedir. Bu əsnada kovboy paltarında bir nəfərin təsadüfən keçdiyini görürük. Ehtimal ki, sənət dünyasından adi bir adamdır. Heç bir əhəmiyyəti yoxdur. Diane Adam-ın və sarışının Camilla-nı öpməyi və evlilik planlarını açıqlanmağa hazırlaşdığına görə ağlayır.
Bu arada Diane masada oturarkən hərdən ətrafdakı insanlara baxır. İlk dəfə gördüyü gözünü onu zilləyən bir kişi diqqətini çəkir qarşıdan. Yuxudakı materialın çoxunun yığıldığı yer bu partidir. Buradakı və daha əvvəl gördüyü bir çox insan və simvol yuxusuna girəcək sonra.
PİSLİKLƏR BAŞLAYIR.
Parti necəsə bitir. Sabahı gün (və ya bir neçə gün sonra) Camilla qırmızı paltarla Diane-ın evinə gəlir amma qapıda mübahisə edirlər. Diane ağlayaraq onu evə buraxmır. Ölümünə sevir amma onu evə buraxmayaraq münasibətlərini tamam qoparır. Evdə masturbasiya edir ağlayaraq. Amma bu onu sakitləşdirmir, öldürmək istəyir Camilla-nı.
Winkies adlı restoranda bir killerlə görüşür. Camilla-nın bir şəklini və xalasından qalan mirası - pulu ona verir. Killer işi qutaranda mavi açarı əvvəlcədən danışdıqları yerə qoyacağını söyləyir.
Mavi açar = Camilla öldü
Bu söhbəti sadəcə kassanın yanında duran sadəlövh oğlan eşidir. Diane ilə bir müddət baxışırlar. Bu oğlan söhbəti anlayır və hadisəni iki dəfə yuxusunda görür. Bir dostuna (ola bilsin psixoloquna) həmin restoranda oturub gördüyü yuxunu danışır.
Yuxusunda divarın arxasındakı qara üzlü məxluqu gördüyünü və inanılmaz qorxu keçirdiyini söyləyir. Dostuyla Winkies-in arxasına bununla üzləşməyə gedirlər. Oğlan eyni eybəcəri oyaq olanda da görür (oyaq olmağı şübhəli) və ürəyi gedir (və ya ölür). Bu qara üzlü məxluq əslində Diane-in içindəki pislik və nifrətdir. Oğlan ona şahid olmuşdu. Çox ürəyi təmiz olduğundan paranormal şeyləri görə bilir bəlkə də.
Killer işi bitirir və mavi açarı hansı yollasa Diane-ın evindəki masanın üstünə qoyur. Diane bir qələt elədi amma rahatlıq tapa bilmir, çox sevirdi onu. İndi də vicdan əzabı və polis qorxusu içini yeyir. Depressiyaya düşür, kabuslar görür. Bir gecə 1-ci olduğu rəqs müsabiqəsini görür (açılışdakı rəngli rəqs səhnələrini).
Oyanır, gördüyü yuxunu xatırlayır. Birazdan qırmızı yastığına başını qoyub yenidən yatır. Xəyalları var idi amma olmadı, cinayətlə bitti hərşey. Ona görə görür yuxuları...
Elə bu anda yatandan sonra bir yuxu daha görür ki, həmin yuxu filmin 80%-dir.
Səhər elə də sevmədiyi qonşusunun qapı döyməyi ilə oyanır. Qonşusu qalan əşyalarını almağa gəlir, boşqablarını götürür, çıxmamışdan masanın üstündəki piano formasındakı külqabını görür.
"Bu mənimdi" deyib onu da götürür. Mavi açar da oradadı o əsnada. Qonşusu 2 dedektivin yenə gəldiyini deyir. Dedektivlər ya Diane-dan şübhələnirlər ya da sadəcə sorğu-sual üçün gəliblər. Diane buna görə polislərdən çox qorxur artıq. Qonşusu əşyalarını götürüb gedir.
Diane üstündəki solğun ağ gecəliklə kofe hazırlayır özünə, mətbəxdə Camilla-nın halusinasiyasını görür. Camilla-ya "qayıtdın..." deyərək ağlamağa başlayır, hələ də çox sevir, etdiyi şey beynini gəmirir. Birazdan özünə gəlir, kofesini götürüb divanda oturur. Güman ki, axşama qədər oturur və fikirlər beynini gəmirməyə davam edir. Diane qorxu içindədir... Sonra qapı döyülür bərk-bərk. Qayış burada qopur. Qapının altından içəri girən barmaq boyda balaca qocaların halusinasiyalarını görür. Diane-nın dalına düşürlər. Qışqıra-qışqıra yataq otağına qaçır və şkafdan silahını götürüb intihar edir.
Real həyat burada bitir.
"OTU ÇƏK, KÖKÜNƏ BAX"
Bura qədər olanlar real hadisələrdir. Qalanı isə hamısı yuxudur.
Gələk yuxuya...
Ən əyləncəli bu qisimdir. Rejissor Siqmund Freyd-in nə qədər fırıldağı var istifadə edib. Simvollarla və Diane-ın şüuraltındakılarla yuxusunu bəzəyib və formalaşdırıb. Yuxu görüləndə cinayət işlənmişdi və artıq hər şey bitmişdi. Diane yuxunu həyatının son gecəsində görmüşdü. Yuxudan sonra bir gündüz yaşadı və həmin günün axşamı intihar etdi.
Filmin ilk səhnəsində Diane-ın yastığa başına qoyması ilə kovboyun gəlib "şirin qız, oyanmaq vaxtıdır" deməsi (qonşunun qapını döyməsi) arasındakı qisim yuxudur. Diane yuxusunu hadisələri başa düşdüyü kimi və ya olmasını istədiyi kimi görür. Zibilə dönən həyatını qəbul etmək istəmir.
Əsmər (hələ adı yoxdur) limuzində gedərkən yolda dayanır (realda özü partiyə gedəndə dayandığı yerdə).
Sürücü silahını çıxarır (realda özü də qorxmuşdu). Qəza olur və əsmər oradan qurtulur amma yaddaşını itirir (əsməri formatlayır, öz istədiyi kimi formalaşdıracaq). Əsmər şəhərə ən kəsə yoldan gedir özü də bilmədən. Təsadüfi bir evin qabağında təsadüfi bir yerdə gizlənir (bu təsadüflər sarışının şüuraltındakı xəyallarıdır).
Əsmər səhərə qədər orada qalır. Bu əsnada realda yaşamayan Ruth xala Kanadaya səfəri üçün çamadanlarını taksiyə qoydurur. Kanadaya film çəkilişləri üçün gedir (əvvəllər aktrisa olub). Maraqlı məlumat da var bu barədə, Hollivudda film çəkilişləri üçün Kanadaya getmək ölümlə bərabər tutulurmuş.
Yəni, Ruth xalanın realdakı ölümü yuxuda Kanadaya səfəri kimi formalaşıb, Diane özü Hollivudda olduğu üçün bunu bilir, həmçinin Ruth da aktrisadır, yəni, Kanadaya gedən hər hansı adam deyil. Sarışına evində qalmağa icazə verməyi ona qoyduğu mirası ya da Sarışının xəyallarını əks etdirir.
Bu arada Əsmər fürsət tapıb evə girir (bunlar Sarışının Əsmərə çatmaq üçün fantaziyalarıdır). Həmin vaxtlar Sarışın böyük ümidlərlə Los Angelesə gəlir. Yanında qoca cütlüyü görürük (realda yoxdurlar).
Buradakı adı Betty-dir. Betty cinayəti killerlə danışdığı Winkies restoranındakı qarson qızın adıdır. Şüuraltında qalıb, ondan istifadə edir. Son dərəcə saf və müsbət xarakterli olan Betty xalasının evini tapır. Coco oranın bossudur, onu yaxşı insan kimi formalaşdırır yuxusunda (partidəki söhbətdə onunla yaxşı rəftar etmişdi).
Toppuş Coco evi göstərir, Betty çox xoşbəxtdir, xəyalları gerçək olur. Evi gəzir, vanna otağına girəndə Əsməri duşda görür. Əsmər özündə deyil, kim olduğunu belə xatırlamır.
Əsmər özünə Rita adını tapır posterdən. Birazdan Əsmər duşdan çıxır, adının Rita olduğunu deyir, yaralandığı bilinir. Çox mülayimdi bu arada, rəhmsiz, əzmli Əsmər gedib, yerinə Diane-in istədiyi yumuşaq xasiyyətli insan gəlib. Biraz yatmaq istəyir xatırlamaq üçün.
Oyananda hələ də xatırlaya bilmədiyi üçün ağlayır, Sarışın “Çantana baxaq” deyir. Pulları və mavi açarı görürlər. Bunları mavi bir qutuda saxlayırlar. Pullar çox güman ki, gələcəkdə killerə verilən pulları təmsil edir (təsir eliyib bütün pulunu vermək)... Həmin çantanın içində mavi açar da olması bu çantanı tamamilə cinayət razılaşmasının bir təzahürü edir.
Bu əsnada paralel olaraq baş verən hadisələr var; rejissor Adam Kesher bir stol arxasında meneceri və prodüserlərlə birlikdədir. “İtalyan qardaşlar” gələcəklər və işlədikləri proyekt üçün bir qızı tövsiyyə edəcəklər. İtalyanlar gəlirlər, çox sərt və qəribədirlər (çünki yuxudur). Bu qədər sərt görünmələrinin səbəbi həmin kişini partidə görməsiydi. Orda da dik dik baxmışdı Diane’e. Şüuraltı bunu çox böyüdüb, kişini psixopata döndərib. O dərəcədə ki, hətta espesso kofeni bəyənmədikdə belə özündən çıxan, nəzakətsiz, qusan, tüpürən, sərt, qəribə bir kişi. Digər italyan çantadan sarışın bir qızın şəklini çıxarır, bu partidə Əsməri öpən sarışındır, yuxudakı adı Camilladır. İtalyanlar Adama təzyiq göstərirlər başrolda bu qızın olması üçün. Adam qarşı çıxır.
Yəni Betty belə fikirləşir. Əslində Adamın və digər rejissor Bob’un Əsmərə baş rol verməsini biraz “kino mafiyası” ilə əlaqələndirir. Özünü belə təsəlli edir amma yenə də Adama qarşı əsəbidir.
Adam olmaz deyib nöqtəni qoyur və maşınına minib evə tərəf gedir. Evə çanatda hovuzu təmizləyən adamın maşınını görür (əslində də Adam boşandığını danışmışdı). Sonra yataq otağına girir və arvadını həmin oğlanla görür. Adam arvadının ziynət əşyalarına boya tökür və hovuz təmizləyən oğlan tərəfindən döyülür, üst-başı boya içində və burnu qanamış vəziyyətdə çölə atılır.
Sarışın ona olan küskünlüyünə görə yuxuda onu bu vəziyyətə salır. Adam gedib köhnə bir oteldə gizlənir. Bu arada italyanların “mafiya başçısı” hadisələri telefonla və s. izləyir. “Mafiya başçısı”, -əstağfurullah- “godfather”, onun fikrində böyütdüyü “kino mafiyası”dır və uşaqsayağı xəyalıdır. Uğursuzluğunu bir qədər bunlara bağlamaq istəyir.
Adam oteldə olanda otel sahibi kredit kartlarının ləğv edildiyini və s. deyir. Adam vəziyyəti öyrənmək üçün asistenti olan qıza zəng vurur, qız iflas etdiyini deyir. Vəziyyəti düzəltmək üçün Kovboy deyilən bir kişi ilə görüşməli olduğunu deyir.
Kovboy, partidə sadəcə bir an keçəndə gördüyü önəmsiz bir adam idi amma ona çox əsrarəngiz görünüb, ona burda əsrarəngiz adam rolu verib. Adam Koyboy'un yanına gedir, Kovboy cool, nüfuzlu, təhdidkar və filosof kimi bir adamdır.
Adamı nəzakətli şəkildə təhdid edir; işinə dönməsini və sarışın Camilla'nı seçməsini deyir (Betty uğursuz həyatını qəbul etmək əvəzinə bunlarla əlaqələndirir yuxusunda).
Bundan əvvəlki gün Ruth xalanın (Aunt Ruth -untruth-) evində olanda, qonşusu dəli qadın gəlib nələrinsə qaydasında olmadığını deyir, öz şüuraltı Betty'ni iynələyir. Coco bu əsnada son dərəcə qaydasında gedən işlərə uyğun bir şəkildə Sarışına fakslanan ssenarini gətirir.
Əsmər ilə məşq edirlər, eşitmək istədiyi kimi Əsmər onun aktrisalığının çox yaxşı olduğunu deyir, (bu sözləri karyerasını oğurlayandan eşitmək istəyir çünki). Həm də Əsmər məşq vaxtı heç də yaxşı aktrisalıq edə bilmir, hətta Betty'nin diqqətini yayındırır və Betty ağlamalı olduğu yerdə gülür. Sonrakı gün Betty seçmələr üçün eyni zamanda xalasının da dostu olan qoca prodüser Wally'nin yanına gedir. Ordaki yaşlı aktyorla performansını qüsursuz bir şəkildə sərgiləyir (çünki özü qüsursuz olduğuna inanır).
Burdaki yaşlı aktyorla Betty'nin canlandırdığı səhnədəki dialoqa diqqət edin; Yaşlı kişini götürüb yerinə Əsməri qoyaq. Əsl Diane, sanki yuxudakı Betty vasitəsilə əsl Camilla'ya olan əsl hisslərindən danışır. "Səni həbs eliyərlər", "Səni öldürərəm", "Onda səni də həbs eliyərlər", "Səndən zəhləm gedir" ifadələri amma eyni zamanda öpüşmələri və sonda Betty'nin ağlaması. Çox qəribədir.
Burdakı rejissor isə yəni Bob Brooker, donuq, axmaq, mal kimi bir kişidir... Çünki əsl həyatda ona baş rol verməmişdi, şüuraltı onun istedadı başa düşməyən bir adam olduğuna inanırdı. Yuxuda da onu tamamilə axmaq şəklinə salıb. Ondan başqa hamı onun istesadını görür amma o axmaq görmürdü.
Prodüser Wally'nin keçmiş arvadı da bu istedadı görüb onu Adam'ın yanına aparır, “Bu proyekti çox sevəcəksən” deyir Betty'yə.
Bu vaxt Adam, Kovboy'un tapşırdığı kimi seçimlərdədir... Birdən Betty setə daxil olur, xəyalını qurduğu kimi, Adam gözlərini ondan çəkə bilmir, o da Adamdan. Sonra növbə sarışın Camilla'ya çatır. Əslində zəif mimikaları olan istedadsız biridir sarışın Camilla. Adam məcbur qaldığı üçün seçir onu: “This is the girl.”
Bu vaxt Betty evə getməli olduğunu xatırlayır. Evə gedib Əsmərin kim olduğunu araşdırmağa başlayırlar. Daha əvvəl qəza olubmu deyə baxmaq üçün küçə telefonundan polisə zəng vurmuşdular, Betty uşaq ifadəsi ilə "Düzdür, bir qəza baş verib" demişdi. Telefon Winkies restoranının düz yanındakı telefon idi (həmişə əvvəlcədən gördüyü, şüuraltındakı yerlər).
Qəribə və uşaqsayağı bir xəyal şəklində, polislər çox da problem çıxarmadan məlumat verirlər. Öz aləmində dedektivlik edir yuxusunda. Sonra Winkies'də oturub (çünki buranı əslində də tanıyır) kofe içirlər. Qarson qızın adı Diane’dir (əslində öz adıdır).
Əsmər'ə “Diane Selwyn” adını xatırladır, evə gedib telefon kitabçasına baxırlar, adresi tapırlar (Diane Selwyn əsl həyatdakı tam adıdır).
Həmin ünvana taksi ilə gedib evi tapırlar amma ön girişdə maşında oturan adamlar Əsməri qorxudurlar. Əsmərin yaddaşı itib amma yenə də təmkinlidir, kimlərinsə onu axtara biləcəyini düşünür. Bu əsl Diane'nın içindəki polis qorxusunun bir təzahürü də ola bilər.
Həmin ünvana çatanda qapını başqa bir qız açır, evləri dəyişdirdiklərini deyir (əslində də belədir). Qız özünün də gələcəyini deyir, bəzi əşyalarının qaldığını və götürmək istədiyini deyir (əslində də belədir və Sarışın bunu yuxuda da xatırlayır). Son anda çalan telefona görə gəlmir qonşu qız (yuxuda onun gəlməsini istəmir, ikisi dedektivçilik oynayacaqlar).
17 nömrəli evə gedib qapını döyürlər amma açan olmur. Sarışın evə pəncərədən girib qapını açır, evdə ağır bir qoxu var. Otaqlara baxırlar və yataqda üzü tanınmayacaq vəziyyətdəki sarışın cəsədi görürlər. Bu əslində Sarışın’ın özüdür. Yuxuda əsl özünü ölü görür amma onun özü olduğunu bilmir.
Evə qayıdırlar, Əsmər bundan çox təsirlənir, ölən qızın özü ilə səhv salınaraq öldürülmüş ola biləcəyini düşünüb çox qorxur. Evə gələndə tanınmamaq üçün saçlarını kəsməyə çalışır, Sarışın onu saxlayıb ona kömək edir (əslində ona aşiqdir, onun üçün hər şeyi eləyər). Sarı bir parik verir ona, "başqa biri kimi oldun" deyir (bəlkə də başqa biri kimi olmasını həmişə istəmişdi).
Əsmər yenə içəridəki divanda yatmağa gedərkən rahat yataqta yatması üçün yanına çağrır, o da heç problem çıxarmadan gəlir (çünki onun fantaziyasıdır və bu dəli kimi istədiyi mülayim personajdır).
EŞQ EŞQ EŞQ
VƏ SILENCIO
Əsmər sayıqlayaraq oyanır gecə saat 2-də, “Mənimlə bir yerə gəl” deyir və Club Silencio'ya gedirlər gecənin bir yarısı. Club Silencio əslində Betty'nin şüuraltında bildiyi bəzi şeylərin təzahür etdiyi yerdir. Filmdəki ən müzakirəyə açıq bölümlərdən biridir bu səhnə. "Bando (orkestr) yoxdur, hər şey fanaqramdır", çox təsirli mahnı oxuyan qadın ağlatmağa müvəffəq olsa belə, playback olduğu aşkara çıxır və şoka düşürsən. Əslində sizə bu qədər təsir edən Hollywood'un altı astarı yoxdur. Ağlayacaq qədər təsirlənə bilərsiniz amma əslində arxasında fanaqram var, hər şey yalandır.
Böyük xəyallarla gəldiyimiz Hollywood yalandır, bu işıltılı dünya yalandır (rejissorun da mesjları var filmdə əlbəttə).
Bu vaxt Betty'nin çantasında ortaya çıxan mavi bir qutu var. Daha əvvəl açarını Rita'nın çantasında tapdıqları qutu.
Pandora'nın Qutusu...
Bu Betty'nin içindəki hirs, eşq, ehtiras, intiqam, cinayət və s... bütün mənfi hislərin olduğu qutudur.
Şounun aparıcısı olan saqqalı kişi kimdir bəs? Mən onun “şeytan” olduğunu düşünürəm. Mavi qutunun onun çantasında əmələ gəlməsinə səbəb olan adam bu sehrbazdır. Ona dik-dik baxarkən göy gurultusu səsi gəlmişdi və Betty oturduğu yerdə tir-tir titrəmişdi. Çox güman ki, bu şeytanın ona cinayət fikrini verməsini simvolizə edir.
Evə gedib qutunu açan vaxt Betty yoxa çıxır, çünki o qutunu əsl həyatda açdığı üçün çox peşman olub, deyəsən yuxuda bunun məsuliyyətini üstünə götürmək istəmir. Əsmər qutunu açır (bu, içindəki kini və intiqam arzusunu sərbəst buraxmaq, cinayət sifarişi vermək mənasına gəlir). Qutunun içinə giririk, qutu yerə düşür, Ruth xalanın yataq otağında, Ruth xala səsi eşidib gəlir, otağa baxır amma qutunu görə bilmir. Çox güman ki bu, Ruth xalanın Betty'dəki o mənfi tərəfi görə bilməməsi mənasına gəlir. Yaxud da bütün bunlara -fərqində olmasa da- biraz da onun səbəb olduğu şəklində şərh oluna bilər.
Daha sonra Kovboy gəlir və çürümüş cəsədə "Şirin qız oyanmaq vaxtıdır" deyir. O çürümüş cəsəd əslində heç olmayıb yəni əslində son səhnədə intihar edən Diane deyil o. Paltarları və yataqdakı pozisiyası fərqlidir. Bu cəsəd hazırda bu yuxunu görməkdə olan Diane’dir. Eyni gecəlik, eyni yataq, eyni otaq. Bundan əlavə, həm də yuxudakı cəsədin əlində silah yoxdur başında deşik də yoxdur. Bu çox güman ki yaşadıqlarına görə “ölmədən ölmüş” olan Diane’dir. Sadəcə olaraq yuxuda olduğu üçün və üzü tanınmadığı üçün Betty onun özü olduğunu bilmir.
Nəysə, qonşu qız qapını döyür, (həyatda da olur belə, bəzən bir səslə oyanırıq amma yuxuda o səsin mənbəyini başqa bir şey kimi görürük) qonşunun əsl həyatda qapını döyməsi kovboyun yataq otağının qapısını döyməsi kimi görünür yuxunun sonunda. Yuxu bitir, yataqdan qalxıb gördüyü qəribə yuxunu qısaca fikirləşir və əsl həyatda qaldığımız yerdən davam edirik.
Filmin sonunda da bir neçə mücərrəd səhnə var, Winkies'in arxasındakı evsiz qara məxluq hansı ki, bu dəfə gecə vaxtı od yandırıb əlindəki mavi qutuya baxır.
O əslində kişi deyil, əslində o Diane'in ruhunun bədənə dönüşmüş halıdır. Bitkin, evsiz, çarəsiz,müvəffəqiyyətsiz, xəyal qırıqlığına uğramış, aşiq, vicdan əzabı ilə dolu, günahkar, çirkli, sevgilisini öldürtmüş, tamamilə tükənmiş və qaralmış bir ruh, rejissorun mükəmməl təsviri; məncə filmin ən gözəl səhnələrindən biridir.
Sondaki dəli olma səhnəsi ilə bu qara məxluq arasında əslində çox gözəl bir əlaqə var. Diane dəli olmazdan əvvəl divanında oturmuşdu. Eyni zamanda bu qara məxluqu düşünün. Əslində eyni anda Diane’in iki fərqli görünüşüdür. Divanda oturan əsl görünüşü, Winkies'in arxasındakı isə rejissorun bütün çılpaqlığı ilə ortaya qoyduğu Diane'in iç dünyasının vizual olaraq tərcümə edilmiş halı. İkisi də eyni anda və paralel.
Qara məxluq bitkin bir şəkildə əlindəki mavi qutuya baxarkən, paralel olaraq Diane, etdiyi səhvi, sərbəst buraxdığı kini, itirdiklərini düşünür divanında, peşman və bitkin şəkildə.
Qara məxluq Winkies'in və divarların arxasında (Diane də Winkies'dəki killerin arxasında gizləndi cinayət üçün).
Qara məxluq gecə vaxtı hər şeyini itirmiş bir evsiz kimi, tamamilə tükənmiş, çirkab içindədir (divandakı Diane kimi).
Qara məxluq mavi qutunu bir paketə qoyub yerə atır (Diane bu etdiklərindən qurtula bilmir, geri qayıda bilmir).
Qutudan barmaq boyda iki qoca çıxır (Eyni anda Diane’in qapısı çalınır və qocalar qapının altından girirlər).
Diane'in içindəki vicdan əzabı və tutulma qorxusu o qədər dözülməz həddə çatıb ki, qapının döyülməsi ilə artıq ağlını itirir, çox güman ki dedektivlərin gəldiyini düşünür və qocalar onu dəli edib intihara sürükləyir (tapançanı aldığı daxıla diqqət edin, orada həqiqi mavi qutu var, çox güman ki, önəmsiz bir qutudur).
Son səhnədəki dumanlar... Bunlar “şeytan”ın olduğu teatrdakı dumanlar kimidir.
Aradakı fərqi ortaya qoymaq üçün; dumanların üzərində ortaya çıxan Diane'in son vəziyyəti (qara məxluq), dərhal sonra isə xəyalları...
Mavi saçlı qadın (mücərrəd) və... Silencio, səssizlik...
Çox güman ki beynini yeyən duyğular və halisunasiyalar səbəbindən həsrətini çəkdiyi şey “silencio”. Əsmər’in gecənin bir yarısı “silencio” deyə sayıqlayaraq oyanmasının da səbəbi bu ola bilər.
...Amma Lynch-dir bu, hər şey ola bilər…
Lynch'in diqqət çəkdiyi kilid səhnələrdən birinin kofe səhnəsi olmasının açıqlaması da belədir; (çox önəmli bir şey yoxdur əslində sadəcə biraz diqqət etmək lazımdır). Kofe hazırlayarkən əslində cinayət baş vermişdi və vicdan əzabı içindəydi. Əynində solğun ağ rəngli gecəliyi var. Çox güman ki intihar edəcəyi günün səhəridir, yəni həqiqi həyatda baş verənlərin son günü…
Əlində kofesi ilə divana tərəf gələrkən divanda yarı çılpaq vəziyyətdə Əsmər görünür. Özü də divanın üstündən keçib Əsmərin üstünə çıxır və əlindəki fincanı stolun üstünə qoyur. Ammaaa… gecəlik geyinən Sarışın bu dəfə yarı çılpaqdır, stolun üstünə qoyduğu şey də kofe deyil viskidir, stolun üstündə mavi açar yoxdur və piano şəklindəki külqabı hələ götürülməyib.
Yəni flashback və əsl həyat. Digər bir flashback də masturbasiya səhnəsindədir.
Sarışın masturbasiya edərkən birdən telefon çalır digər otağa keçib telefona cavab verir. Telefonda “Maşın səni gözləyir, partiyə gələcəksən?” deyə soruşulur. Amma fikir verin, masturbasiya səhnəsindəki paltarı ilə digər otaqda telefona cavab verdiyi andakı paltarı fərqlidir. Yəni arada əlaqə yoxdur, telefona cavab verməsi flashback və əsl həyatdır.
-----------------
KİÇİK TƏSBİTLƏR
- Yuxuda niyə mavi qutu var, onun əsası nədir?
Diane'in intihar etdiyi səhnədə daxıldan silahı alarkən mavi qutu daxılda görünür. Əvvəldən belə bir qutusu var idi, əslində bəlkə də bir mənası yox idi amma bu qutu da yuxusuna girmişdi. Çox güman ki, Pandora’nın Qutusu anlayışını bilirdi və yuxusunda bu formada təzahür etmişdi.
- Yuxuda Betty və Rita 17 nömrəli evə gedərkən Rita niyə girişdəki maşının içindəki iki adamdan qorxur?
Sarışın özünün tutulma qorxusunu biraz Ritanın üstündə yaşayır yuxuda. Rita yaddaşını itirdiyi üçün biraz təmkinlidir. Həmin iki adamın onu axtardığını düşünür. Həm də evə girəndən sonra da yataqda özünün yerinə öldürülmüş olduğunu düşündüyü qızın cəsədini görəndə lap çox qorxur.
- Yuxuda iclasdakı kişi niyə bu qədər donuqdur və espresso qəhvə istəyir?
Əslində partidə onun özünə donuq baxdığını görmüşdü bir dəfə, bu onun şüuraltında qalıb; donuq duruşu və əvvəldən bəri gələn bir inanışına görə onu italyan mafiya adamlarına oxşadır. İnanışı isə belədir: müvəffəqiyyətsizliyi əslində Hollywood'dakı yeraltı dünyası səbəbindəndir. Burada əsas istedad deyil, gücdür. Buna görə də onu yuxusunda eyni şəkildə donuq, ruhsuz, qorxuducu və imkansız dəcərədə mükəmməl bir espressodan başqasını içməyən bir italyan olaraq görür. Digər italyanı başqa yerdə gördüyümü xatırlamıram amma qəribə şəkildə Al Pacino’ya oxşayır. Bu da onun beynində qurduğu digər italyan mafiya personajıdır.
- Yuxuda Al Pacino'ya oxşayan kişi niyə "Help meeee!" deyə qışqırır?
Bir inanışa görə, partidə Diane bir fincandan su içir, fincanın üzərindəki naxışlar “S.O.S.” kimi görünür (yuxuda digər kişinin espresso içdiyi fincan fərqlidir əlbəttə). S.O.S.-i burada bu formada qışqırır və məncə çarəsizliyini bu şəkildə ifadə edir.
- Yuxuda Əsmər limuzində olanda, limuzini saxlayanda niyə sürücü ona silah tutur?
Əslində daha əvvəl özü də limuzinlə eyni yerdə dayanmışdı və biraz qorxmuşdu. Bu yer onu da qorxutmuşdu, cinayət üçün yaxşı yerdir… Əsməri öldürtdüyü üçün də burada ona silah tutulmasını istəyir. Amma bəklə də, pesmanlığına görə bir qəza nəticəsində onu xilas edib beynini silir və istədiyi Əsməri yaradır. Bəlkə də, Əsməri əsl həyatda öldürtmüş olmasını başqasının üstünə atır. Silahı əslində onun danışdığı killer tutmuşdu amma burada silah tamamilə başqa biri tərəfindən tutulur.
- Yuxuda niyə Əsməri limuzində və eynilə özü kimi görür?
Limuzində eyni yoldadır eyni yerdə dayanır, eyni sözləri deyir. Deyəsən özünün olmalı olduğu yerdə o var deyə. Bu səbəbdən ona silah tutdurur amma eyni zamanda həm də xilas edir.
- Yuxuda Coco'nu niyə yaxşı və toppuş bir personaj olaraq görür?
Çünki partidə Coco onu dinləmişdi, mimikaları onu başa düşdüyünü göstərirdi və əlini tutmuşdu.
- Yuxuda Club Silencio'dan qayıtdıqdan sonra mavi qutunu açanda niyə Betty birdən-birə yoxa çıxır?
Qutunun açılması pisliyin sərbəst buraxılması deməkdir. Əslində elədiyi şeyi bilir və məsuliyyətini üstünə götürmək istəmir. Bunu əsl həyatda bir dəfə edib amma burada buna ortaq olmaq belə istəmir.
- İclasdakı italyanların niyə italyan olduqlarını fikirləşir?
Birincisi, dik baxışları səbəbindən partidəki adamın mafiya tipli olduğunu onsuz da fikirləşirdi. İkincisi, Əsmər, "Casablanca'ya Luigi ilə heç getməmişəm" şəklində bir ifadə işlədir. Luigi italyan adıdır və bu dik baxışlı adamla bir əlaqə qurur, bəlkə də onun adı olduğu aşkardır.
ƏSRARƏNGİZ KOVBOY HAQQINDA
Rejissorun tamaşaçıya verdiyi gözəl bir mesaj:
Yuxuda Kovboy, Adamla danışanda deyir ki,“Lovğalıqla o qədər məşğulsan ki, düşünmürsən.”
Əslində bu mesaj tamaşaçıya verilir, filmi başa düşməyə çalışması üçün.
“Mən sürrealist bir David Lynch filmi izləyirəm, intellektualam” filan qoy qırağa, diqqət et deyir. Otur və düşünərək izlə deyir, əgər işini yaxşı görsən məni bir dəfə də görəcəksən, pis görsən iki dəfə görəcəksən deyir. Maraqlıdır ki, Adam onu əslində heç görmür. Amma tamaşaçıya iki dəfə görünür; 1) qızı oyadarkən, 2) partidə arxadan keçir.
Tamaşaçı iki dəfə gördüyünə görə pis mi görüb tamaşaçı işini? Bəli, belə demək olar…
Ancaq bu da var ki, iki dəfə görünür amma biri yuxu personajıdır digəri isə həqiqi. Fikir versəniz, ilk dəfə görünəndə yuxu personajı olan Kovboy bir dəfə də yuxu personajı olaraq görünür (yataq otağında). İkinci görünməsində (partidə) əslində o yuxuda danışan Kovboy deyil, heç nədən xəbəri belə yoxdur, sadəcə partidəki bir adamdır.
Başqa bir təfəndən baxaq; filmi beynimizdə hadisələrin ardıcıllığına görə birləşdirsək, “Məni x dəfə görəcəksən dedikdən sonra ancaq 1 dəfə görünür, partidə görünməsi yuxudan əvvəl olub, ona görə də o sayılmır. Yəni əvvəlcə parti, sonra Kesher ilə söhbət, son olaraq qızı oyandırma…
Kovboy burada bir qədər rejissoru da simvolizə edir. Rejissor tamaşaçıya verəcəyi mesajı birbaşa Kovboyun dilindən verir. Bir at arabası misalı çəkir; Adamnan soruşur ki, “bir at arabasını neçə nəfər sürür?” Adam bu sadə suala bir qədər təəccüblənib “biiir” şəklində bir cavab verir. At arabası xüsusi bir seçimdir. Əslində at arabasını bir nəfər də sürə bilər, iki nəfər də. At arabası, burada filmi, sürən bir nəfər isə rejissoru simvolizə edir. “Əgər başını işlədib sənə verdiyim fürsəti yaxşı dəyərləndirsən, sən də mənimlə birlikdə bu arabanı sürə bilərsən” deyir Adama (əslində bizə). Yəni əgər görməyi həll etməyi və hətta xəyal qurmağı bacarsam, filmin ikinci rejissoru olarsan deyir tamaşaçıya.
KİLLERİN MAVİ AÇARI
Diane Killerlə razılaşdıqdan sonra killer mavi açarı göstərir. Diane “Bu nəyi açır?” deyə soruşur, killer gülür. Mənasız kimi görünən bir dialoqdur.
Yuxuda ilk dəfə Əsmərin kimliyini tapmağa çalışdıqları vaxt Əsmərin çantasından üçbucaq formalı mavi açarı tapırlar, o vaxt bir məna verə bilmirlər. Yuxunun görüldüyü vaxt əslində cinayətdən sonradır, yəni əslində kiçik mavi açarı tanıyır, yuxuda üçbucaq şəklində qarşısına çıxıb. Bunun “ölüm” mənasına gəldiyini də bilir.
Əslində killerdən “Bu nəyi açır?” deyə soruşanda həqiqətən bilmək istəmişdi. Əsmərin çantasından çıxan açar üçün də eyni marağı yuxuda göstərir, marağı bura da əks olunub. “Bu nəyi açır?” sualının cavabı isə Club Silencio'dan qayıtdıqdan sonra verilir: Pandora’nın Qutusu’nu, yəni pisliyi. Yuxudakı böyük mavi açar da, əsl kiçik mavi açar da əslində ölümü simvolizə edir. Mavi qutunu açan əsnada Sarışın birdən yoxa çıxır, buna dözə bilmir əslində…

0 comments:
Yorum Gönder