Son illərin ən aktual məsələlərindən biri oldu
artıq bu MARVEL-DC rəqabəti. İş bu yerə gəlib - dram axtaran nadir, dialoqlara, ssenari xəttinə fikir verən nadir rast gəlir adama. Kinoteatra gedirsən məsələn son zamanlardan misal verim, Hail Caesar!-a tək baxırsan, BvS-da yer tapmırsan.
Komiks düşməni deyiləm, hətta fanatıyam amma belə olmamalıdı, nə bilim.
MARVEL 2002-də ilk Spider-Man filmi ilə hücuma keçmişdi. O vaxtlar çətin dövrləri idi studiyanın. Hörümçək xilas edə bildi. Sonra yavaş-yavaş filmlər artdı, gəlirlər artdı, fanatlar artdı - hamı komikssevər oldu, artdı da artdı yəni.
Paralel DC-dən heç nə görmürdük. Nəhayət 2013-də ilk diqqət çəkən film ilə DC özünü göstərir - Man of Steel. SuperMan-la işi aparım deyirdi ki, işlər böyüdü. Batman işə qarışdı, qazanclar artdı, "Niyə bu MARVEL-ə rəqib olmayaq la?" sualı çıxdı ortalığa.
Beləcə BvS sonra Suicide Squad DC vs MARVEL aləmi bürüdü. Biz də öz münasibətimizi bildirək dedik. Bir-birilərindən "oğurladıqları" (ilham aldıqları) komiksləri müqayisə etdik. 2 videoda buyurun izləyin.
(MARVEL-çiyəm amma videolar DC deyir)
MARVEL-in kopiyaladıqları
DC-in kopiyaladıqları
0 comments:
Yorum Gönder