Spotlight Filminin Orijinal Analizi
2015-ci ilin ən yaxşı filmlərindən biri oldu Spotlight.
İncə mesajlar və nüanslarla zəngin film mükəmməl rejissor işi və ondan geri qalmayan aktyor ifaları ilə birləşdi - əla iş ortaya çıxdı.
Filmin rejissoru 2003-cü ildən rejissorluq karyerasına başlayan 50 yaşlı istedadlı aktyor-rejissor Tom McCarthy-dir. Spotlight-a qədər çəkdiyi 4 filmlə (Station Agent (2003), Visitor (2007), Win Win (2011), Cobbler (2014)) geniş tamaşaçı auditoriyasına xitab etməsə də tənqidçilərdən yaxşı fikirlər toplayan Tom yenə adi tamaşaçının bəyənməyəcəyi amma möhtəşəm bir filmlə qarşımıza çıxır.
Filmin ən diqqət çəkən məqamı mənə görə mümkün qədər sadə göstərilməyə çalışılması idi. Bunun fonunda olduqca sadə və effektli mesajlar şüuraltımıza yeridilirdi. Bu tipdə çox nadir filmlər görə bilərsiz, hamısı da möhtəşəmdir. Bu cəhətdən Bennett Miller və Paul Thomas Anderson-un üslubları oxşardır.
Montaj nominasiyasında Oskara namizəd olan filmdə diqqətlə baxsaq kadrlar ardıcıllığının necə möhtəşəm davam etdiyini görərik. Sanki rejissor işi tamaşaçı üçün çətinləşdirmək istəmir amma sadəliyə də qaçmır. Hər növbəti səhnə əvvəlkini tamamlıyır və ya növbətini açıqlayır. Sırf buna görə Oskarı İnarritu-ya verməmək olar.
Hər nə qədər hamı Mark Ruffalo-nun performasından danışsa da Michael Keaton heç də ondan geri qalmırdı. Sadəcə personaj qüvvətli deyildi və buna görə Fassbender-lə Cranston-a yol açıldı. Keaton keçən il Birdman-dan sonra bu dəfə Spotlight-la biraz geciksə də ustalığını yavaş yavaş göstərir.
Keaton roluna ən yaxşı hazırlaşanlardan idi. Filmdə canlandırdığı personaj Walter Robinson ilə uzun müddət vaxt keçirən aktyor onun demək olar hər bir mimika, jestini əzbərləmişdi. Robinson bir dəfə: "Ona baxanda sanki güzgüyə baxıram" demişdi.
Ən uğurlu ifa şübhəsiz Mark Ruffalo-dan gəldi. Nədənsə həmişə onun layiq olduğu dəyəri almadığını düşünmüşəm. Ruffalo sadəcə möhtəşəm idi, hətta keçən il Foxcatcher-dəki ifasından da yaxşı idi zənnimcə. Keaton-dan geri qalmayan aktyor öz personajı Mike Rezendes-i sözün əsl mənasında bezdirmişdi. Ruffalo demək olar hər xırda fasilədə öz sözlərini Rezendes-ə dedirdirdi və dəfələrlə təkrar edirdi.
Gözəlliyi ilə dillərə dastan olan Rachel McAdams nəhayət ciddi bir mükafata - Oskara bu filmdəki ifası ilə namizəd oldu. Hər nə qədər mükafatı almağa ən az şansı olan McAdams olsa da aktrisa bu film ilə istedadının gözəlliyindən geri qalmadığını göstərdi. İnadkar xarakterini sakit obrazda olduqca uğurla izləyiciyə çatdıran aktrisa ən dəbsiz geyimin də gözəl görünə biləcəyini sübut edir Pfeiffer obrazı ilə.
Spotlight-ın əfsus ki, sadəcə ən yaxşı orijinal ssenari Oskarını alacağına inanıram. Filmin mövzusundan danışmadıq heç. Deməli, olmuş hadisələr əsasında ekranlaşdırılan film 2000-ci illərdə Bostonda yaşanmış padre skandalını səhnələşdirir. Boston Globe qəzetinin Spotlight şöbəsi 4 nəfərlik komanda ilə azyaşlılara təcavüz edən onlarla padrenin izinə düşür. Keşməkeşli yollar keçən dördlük nəhayət məqsədlərinə nail ola bilir.
İncə psixoloji məqamlarla zəngin olduğunu söyləmişdik filmin. Məsələn filmdə yersiz kimi görünən bir hadisə baş verir. Yəni bu olmasa da olardı sanki. Bir ara yeni bir qəza xəbəri çıxır və Spotlight padre məsələsini dondurmalı olur. Daha maraqlısı komandanın bu xəbəri mübarizə apardıqları Kardinal Law-dan tv-da öyrənmələri idi. Bu ümidsizliyi simvolizə edirdi - siz işləyin biz onsuzda var olacağıq.
Dini paradoksun yaşandığı bir neçə səhnə sanki bizdən yüzlərlə zərərçəkmişə görə milyonlarla inananın kilsəsinə hörmətsizliyi düzgün hesab etməməyi tələb edirdi. Bu səhnələrdə əsas qəhrəmanlarımızın reaksiyalarına xüsusilə diqqət yetirin.
Sonda filmlərdə bəyəndiyim hissələrdən olan real həyatda nələr baş verdi yazılır. Burada növbəti paradoksal informasiyanı alırıq. Kardinal Law istefa edir və dünyanın ən mühüm katolik kilsələrindən olan Romadakı Santa Maria Maggoire kilsəsinə yenidən göndərilir.
Büdcə: 20 milyon $
Gəliri: 37,7 milyon $ (19 fevral 2016)
0 comments:
Yorum Gönder