Eternal Sunshine of the Spotless Mind (Ləkəsiz Zehnin Əbədi Parıltısı) Filminin Orijinal Analizi

  
  2004-cü ildə rejissor Michel Gondry-nin birlikdə görməyə 
alışmadığımız 

melodram və elmi-fantastik janrlarını birləşdirən Eternal Sunshine of the Spotless Mind filmi işıq üzü görür. Baş rollarını məşhur aktyorlar Jim CarreyKate Winslet-in bölüşdüyü film yaddaşlarından istəmədiyi xatirələrini sildirib həyatlarına davam etmək istəyən insanlardan bəhs edir. Qeyri-adi ssenarisi ilə tamaşaçıların rəğbətini qazanan film ən yaxşı orijinal ssenari nominasiyasında Oskar mükafatını qazanmışdır. 578 min səs əsasında 8,4 IMDb xalına sahib olan əsər IMDb Top 250 siyahısında 86-ci yerdədir və 89 Metascore xalına sahibdir.



  Filmin çəkilişləri olduqca maraqlı hadisələrlə müşayiət olunurdu. Çəkilişlər zamanı aktyorlara maksimal dərəcədə sərbəstlik və improvizə etmə imkanı vermiş rejissor hətta elə şərait yaratmışdı ki, aktyorlar çəkiliş əsnasında ssenaridən asılı olmayaraq, o andaki hisslərinə görə divanda oturacağına və ya pəncərənin yanında gəzişəcəyinə özləri qərar verirdilər. Kate Winslet-in sözlərinə görə, o hiss edirdi ki, bu azadlıq onun çıxışını daha da gücləndirir.



   İmpovizə edilmiş səhnələrə misal olaraq, filmin sonlarında Joel ve Clementine-ın səs yazılarına qulaq asdığı səhnəni göstərmək olar. Burada aktyorlar real münasibətlərində yaşadıqları inciklik və peşmanlıqlarını dilə gətirmişdilər. Eyni zamanda, qatar səhnəsində Clementine-ın Joel-ə atdığı yumruq da planlanmamışdı və buna görə də Jim Carrey-in təəccüblənmiş reaksiyası realdır. Qeyd edək ki, filmdəki bütün qatar səhnələri həqiqi, hərəkətdə olan qatarlarda çəkilmişdi.



  İkinci dərəcəli aktyorlar Mark RuffaloElijah Wood və Kirsten Dunst-ın da improvizə etdikləri səhnələr çoxluq təşkil edir. Mark Ruffalo bildirmişdi ki, Stan (Mark Ruffalo) və Mary (Kirsten Dunst)-nin şüuru özündə olmayan Joel (Jim Carrey)-in üstündə alt paltarlarıyla rəqs etmələri improvizə idi. Bundan başqa, Stan-in Mary-ni qorxutduğu səhnədə rejissor Ruffalo-dan onu həqiqətən qorxutmaq üçün hər çəkilişdə fəqli bir yerdə gizlənməsini istəmişdi. Qeyd edək ki, Mark Ruffalo və Kirsten Dunst-in sevişmə səhnəsi də çəkilmişdi, lakin filmin uzunluğu səbəbindən filmə daxil edilmədi.



  Joel və Clementine-in küçədə gəzərək sirk şoularını izlədikləri səhnə də əvvəlcədən planlaşdırılmamışdı. Çəkiliş komandası yaxınlarda işləyirdi və rejissor Michel Gondry nümayişləri görəndə filmə daxil edə biləcəyini düşündü. Rejissorun filmdə ən sevdiyi hissələrdən biri bu səhnədə Clementine-ın birdən-birə yoxa çıxdığı hissədir. Jim Carrey-in belə bir səhnə çəkiləcəyindən xəbəri olmadığından,Winslet-in gözdən itdiyini görəndə üzündə təəccüblü və məyus bir ifadə əmələ gəlir. Jim Carrey əslində burada"Kate?" deyə səslənir amma dublajda "Clementine?" kimi dəyişdirilir. Bu səhnələrin çəkilişi zamanı jurnalistlər çəkilişə mane olur və Jim Carrey-dən müsahibə almaq istəyirdilər. Filmdə diqqətlə qulaq assaq, hətta onlardan birinin Jim Carrey-ə "Danış mənimlə" deyə qışqırdığını da eşidə bilərik.




  Film ərsəyə gəlməsində ümumiyyətlə, vizual effektlərdən minimal şəkildə istifadə olunmuşdu. Joel-in beynində silmə əməliyyatı aparılan zaman otağa gəldiyi səhnələrdə eyni səhnə daxilində 2 Joeli göstərmək üçün heç bir xüsusi effekt istifadə olunmamışdı.Jim Carrey kamera qarşısında olmadığı müddətdə sürətli şəkildə papağını və paltosunu çıxarıb stulda əyləşməli və tam tərsini edərək ayaq üstə durmalı olurdu.

  Clementine-ın saçlarını çox fərqli rənglərdə görürük- mavi, narıncı, qırmızı, yaşıl və qəhvəyi. Bu, keçmişə qayıdan səhnələrdə Joel ile münasibətinin hansı mərhələsində olduğunu ayırd etməyimizə kömək etmək üçün rejissorun düşündüyü üsul idi.




  Filmin içində adının bir açıqlaması olaraq oxunan şeir parçası "Eloisa to Abelard" Alexander Pope şeirindən bir hissə idi:


 "Nə xoşbəxtdir günahsız bakirənin dostları
  Unudulan dünyada dünyanın unutduğu.
 Ləkəsiz zehnin əbədi parıltısı.
 Hər istəyi ötürülmüş amma qəbul edilmiş hər duası."

  Qeyd edək ki, bu şeir eyni zamanda filmin ssenaristlərindən biri olan Charlie Kaufman'ın əvvəlki işi olan Being John Malkovich (1999) filmində də istifadə edilmişdi.

  Filmdə istifadə olunan yaddaş silmə şirkəti Lacuna Inc. adını boşluq, içi boş və ya dəlinmiş mənalarına gələn latın sözündən alıb. Filmin təqdimatına kömək məqsədilə,bu şirkət üçün tam funksional veb-sayt (http://www.lacunainc.com) hazırlanmışdı. Adı çəkilən veb-sayt filmin rəsmi saytına əlaqələndirilib.



   Joel ilk dəfə Lacuna Inc. şirkətinə getdiyi səhnədə çap edilən vərəqə baxır. Vərəqdə Chris Norr və Linda Chen adları yazılmışdı. Chris Norr filmde operator idi. Linda R. Chen isə filmin kastinq asistenti idi. Clementine və Joel Montauk plyaj evində olduqları zaman Clementine David ve Ruth Laskin adına gəlmiş bir məktub tapır. David və Ruth Kate Winslet və Jim Carrey-in asistentlərinin adlarıdır.

  Jim Carrey Joel rolu ilə maraqlandığını bildirməzdən əvvəl bu rol üçün Nicolas Cage düşünülmüşdü. 




  Kate Winslet Empire jurnalına verdiyi bir müsahibəsində bildirib ki, bu özünün en çox sevdiyi ifasıdır. Qeyd edək ki, aktrisa bu rola görə Oskara da namizəd olmuşdu. Film eyni zamanda,  2004-cü ildə Empire jurnalı tərəfindən ilin filmi seçilmişdi.



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder