İngiltərənin London şəhərində anadan olub. Sənətçi ailəsində doğulan Day-Lewis-in atası Cecil Day-Lewis İngiltərədə dövlət mərasimləri üçün şeir yazan şair idi. Atasının 2-ci həyat yoldaşı Jill Balcon-dan olan Daniel doğulanda 53 yaşı olan atası, aktyor 15 yaşında olanda dünyasını dəyişir.
2 yaşında ailəsi Greenwich şəhərinə köçən Day-Lewis-in uşaqlığı burada keçir. Uşaq yaşlarında əhatəsindəki həmyaşıdlarına yuxarıdan aşağı baxan Daniel məktəbdə də özbaşınalığı ilə seçilir. Aktyor sonralar bu dövr haqqında: "Qanun-qaydalara fikir vermirdim. Marketlərdən əşyalar oğurlayırdım." demişdi.
1968-ci ildə ailəsi ağıllanmayan Day-Lewis-i Sevenoaks Boarding məktəbinə göndərir. Məktəbə nifrət edən gənc Daniel-in həmin dövrdə 2 böyük marağı var idi: ağaclardan müxtəlif formalar almaq və aktyorluq. 14 yaşında Sunday Bloody Sunday filmindəki epizodik rolu ilə səhnə karyerası başlayan aktyor 2 il sonra həmişə məzun olmaq istədiyi Petersfield-dakı Bedales məktəbinə yazılır. Buradan məzun olduqdan sonra çılğın xarakteri ciddi və təmkinliyə dəyişən Day-Lewis uzun müddət teatrda aktyorluq fəaliyyətini davam etdirir.
1989-cu il aktyorun parladığı il olur. Jim Sheridan-ın My Left Foot filmində şikəst Christy Brown-u canladıran Day-Lewis ifası ilə ilk dəfə namizəd olduğu Oskar və BAFTA mükafatlarını alır. 1994-cü ildə In the Name of the Father, 2003-cü ildə isə Martin Scorsese-in Gangs of New York filmi ilə ən yaxşı aktyor Oskarına namizəd olan Daniel 2008-ci ildə Paul Thomas Anderson-un möhtəşəm There Will Be Blood filmi ilə, 2013-cü ildə isə Steven Spielberg-in Lincoln filmi ilə Oskar, Qızıl Qlobus və BAFTA mükafatlarının hamısını qazanır. Ümumilikdə 5 dəfə namizəd olduğu ən yaxşı aktyor nominasiyasında 3 dəfə Oskarı qazanan Day-Lewis bu nominasiyada Oskarı ən çox qazanan aktyordur.
Rol seçimlərində ən kaprizli aktyorlardan olan Daniel bugünə qədər 19 filmə çəkilmiş, son 20 ildə cəmi 7 filmə çəkilmişdir. Jim Sheridan və Martin Scorsese ilə daha çox işləyən aktyor dramatik səs tembri, müxtəlif aksentlərdə rahat danışa bilməsi və personajına olduqca uzun müddətə hazırlaşması ilə seçilir. 1996-cı ildə rejissor-yazıçı-aktrisa Rebecca Miller ilə evlənib. Aktyor 2005-ci ildə Miller-in rejissor və ssenaristi olduğu The Ballad of Jack and Rose filmində oynamışdı. 1989-94-cü illərdə birlikdə olduğu fransız aktrisa Isabelle Adjani-dən də bir övladı olan aktyorun 3 övladı var.
Sevimli aktyoru Heath Ledger, rejissoru Frank Capra, filmi Mr. Smith Goes to Washington (1939) olan Daniel Day-Lewis-in ən yaxşı 9 filmini təqdim edirik.
9. The Boxer
8. The Unbearable Lightness of Being
7. My Left Foot:
The Story of Christy Brown
6. The Last of the Mohicans
5. Gangs of New York
4. Lincoln
3. The Age of Innocence
2. In the Name of the Father
0 comments:
Yorum Gönder