Angelina Jolie. Həyatı və Ən Yaxşı 10 Filmi



  Angelina Jolie Voight 1975-ci il iyunun 4-də ABŞ-ın Los Angeles
şəhərində anadan olmuşdu. Atası Mission Impossible, Heat, Transformers kimi filmlərdən tanıdığımız Oskarlı aktyor Jon Voight, anası isə yalnız 2 filmdə çəkilən aktrisa Marcheline Bertrand olan Jolie-in çox bağlı olduğu qardaşı James Haven də aktyordur.



  1 yaşı olanda valideynləri boşanan Angelina anası və qardaşı ilə birlikdə New York-a köçür. Uşaqlıq illərində ilan və kərtənkələ toplamağı sevən balaca Jolie tez-tez anası ilə sinemaya gedir. Aktrisa sonrakı açıqlamalarında kinoya sevgisinin atasından ya da əmisindən (Chip Taylor) yox məhz uşaq yaşlarında baxdığı filmlərdən gəldiyini söyləmişdi.

  Lee Strasberg aktyorluq institutunda 2 il təhsil alan aktrisa həmin müddətdə bir çox teatr oyunlarında çıxış edir. Ailəsinin Los Angeles-ə köçməsindən sonra təhsilini Beverly Hills məktəbində davam etdirən gənc Jolie-nin çətin illəri başlayır. Varlı uşaqların əhatəsində cılız eynəkli qız kimi təklənən aktrisa bu müddətdə başlamaq istədiyi modellik karyerasında da uğursuzluqla üzləşir və uzun müddət depressiyada qalır.



  14 yaşında artıq model kimi Finesse Model Management ilə razılaşan aktrisanın bu illərdə atası ilə münasibətləri pozulur. Hər nə qədər atası ilə danışmadığını söyləsə də aktrisa sonradan teatr səhnəsində atasının personaja bürünməsindən çox şey öyrəndiyini etiraf etmişdi.

  16 yaşında məzun olan Angelina anasının evinin yaxınlığında özünə ev tutur və burada yaşayır. İlk filmi 1982-ci ildə çəkildiyi Looking to Get Out olur. Bu filmdə 7 yaşında valideynləri ilə birlikdə oynayan aktrisa bundan sonra aktrisalığa 12 il fasilə verir.



  1995-ci ildə çəkildiyi ilk Hollivud filmi Hackers-də baş rolu Johnny Lee Miller ilə bölüşən Jolie 1996-cı il 28 martda aktyorla evlənir. Problemlərlə dolu ailə davam etmir və cütlük 1999-cu il 3 fevralda boşanır.



  Uğurlu keçən 90-cı illərin sonunda aktrisa Pushing Tin komediya filmində Coen-lərin sevimlisi Billy Bob Thornton ilə tanış olur. 1999-cu ildə James Mangold-un Girl, Interrupted filmi ilə Jolie aktrisa bacarığını hərkəsə sübut edir. İfası ilə köməkçi aktrisa nominasiyasında Oskar və Qızıl Qlobus qazanan Jolie Hollivudun sayılıb-seçilən aktrisalarından olur.



  2000-ci ildə Billy ilə evlənən aktrisanın bu evliliyi də davam etmir cütlük 3 il sonra boşanır. 2001-ci ildə Lara Croft filmi ilə dünya miqyasında tanınan aktrisa Kung Fu Panda animasiya filmindəki səsləndirməsi ilə də ciddi məbləğlər qazanır. Ən çox qazandığı film Mr. & Mrs. Smith filminin çəkilişlərində Brad Pitt ilə tanış olan aktrisa ilə Pitt-in böyük eşq macərası başlayır.



  Pitt-in Jennifer Aniston ilə boşanmasının əsas günahkarı kimi göstərilən Jolie bunu hər fürsətdə təqzib edirdi. 2005-ci ildən birlikdə yaşayan cütlük ötən il evlənirlər.



  2008-ci ildə dahi aktyor-rejissor Clint Eastwood-un Changeling filmindəki ifası ilə aktrisa növbəti dəfə Oskara namizəd olur. 2014-cü ildə Jolie Jean Hersholt-un xatirəsinə həsr olunmuş humanistlik Oskarını da alır. 2001-ci ildən BMT-nin xoşməramlı səfiri olan aktrisa 20-dən çox ölkəyə yardım səfərləri təşkil etmişdi.



  Sevimli serialı King of the Hill animasiyası olan aktrisanın ən yaxşı 10 filmini təqdim edirik:
















10. Alexander

















9. Bone Collector

















8. Mr. & Mrs. Smith
















7. Tourist

















6. Salt

















5. Wanted
















4. Good Shepherd

















3. Maleficent

















2. Girl, Interrupted

















1. Changeling

















Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder