Cate Blanchett. Həyatı və Ən Yaxşı Filmləri

 

Catherine Elise Blanchett 1969-cu il
14 mayda Avstraliyanın Melbourne şəhərində anadan olub. Atası Robert Blanchett reklam şirkəti müdiri, anası isə müəllimə idi. Blanchett 10 yaşında olanda atasını infarktdan itirir. Sakit təbiətli Cate dərslərində həmişə yaxşı idi. Gənclik dövrlərində tez-tez məktəb teatrında oyunlarda çıxış edən aktrisanın bacarığı həmin vaxtdan diqqət çəkirdi.



  1992-ci ildə Avstraliyada Milli İncəsənət İnstitutunda təhsilinə davam edən aktrisa 1995-ci ilə qədər bir neçə serialda kiçik rollar ifa edir. Artıq uzun-metrajlı filmlərə də çəkilmə başlayan Cate-in məşhurlaşdığı film isə Shekhar Kapur-un Elizabeth (1998) filmi olur. Kraliça I Elizabeth-i canlandıran aktrisa ifası ilə Oskara namizəd olur və ilk Qızıl Qlobus, BAFTA mükafatlarını qazanır.



  Çəkildiyi keyfiyyətli filmlər və uğurlu ifaları ilə daim diqqət mərkəzində olan aktrisa 2004-cü ildə Martin Scorsese-in 5 Oskarlı Aviator filmində 2003-cü ildə itirdiyimiz məşhur aktrisa Katherine Hepburn obrazını canlandıraraq köməkçi aktrisa nominasiyasında Oskar qazanır. Bu həmçinin Oskarlı bir aktrisanı canlandırıb qazanılan ilk Oskar idi. Qeyd edək ki, Katharine Hepburn 4 Oskar ilə ən çox Oskar qazanan aktrisadır.



  Növbəti illər aktrisanın karyerasının pik nöqtəsi olur. 2006-cı ildə Notes on a Scandal filmi ilə növbəti dəfə Oskar və Qızıl Qlobusa namizəd olan aktrisa növbəti il I'm not ThereElizabeth: The Golden Eye filmləri ilə köməkçi və baş rolda Oskara namizəd olur. Aktrisa I'm not There filmi ilə əks cinsi canlandırıb Oskara namizəd olan ilk aktrisa olur. Cate həmin ifa ilə Qızıl Qlobusu qazanmışdı.



  Bir çoxlarına görə Blanchett-in ən uğurlu ifası Woody Allen-in ssenaristi və rejissoru olduğu Blue Jasmine filmindəki idi. Aktrisa möhtəşəm ifası ilə ilk dəfə Oskar, Qızıl Qlobus və BAFTA mükafatlarının hər üçünü qazanır. Həmçinin Blanchett həm köməkçi həm baş rolda Oskar qazanan 6-cı aktrisa olur (digərləri: Maggie Smith, Meryl Streep, Jessica Lange, Helen Hayes, İngrid Bergman).



  Aktrisa 1997-ci ildə ssenarist-rejissor Andrew Upton ilə evlənib. Cütlüyün 4 övladı var.



  2 Oskar, 3 Qızıl Qlobus və 3 BAFTA mükafatı olan Cate Blanchett-in ən yaxşı 12 filmini təqdim edirik.














12. Indiana Jones and the Kingdom of the Crystal Skull (2008)












11. I'm Not There. (2007)












10. The Life Aquatic with Steve Zissou (2004)












9. Elizabeth seriyası (1998, 2007)












8. The Hobbit seriyası (2012, 2013, 2014)












7. Notes on a Scandal (2006)












6. Babel (2006)












5. Blue Jasmine (2013)












4. The Talented Mr. Ripley (1999)
























2. The Aviator (2004)












1. The Lord of the Rings seriyası
(2001, 2002, 2003)




Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder