irqi və fikri ayrığın ağır nəticələrini bizə göstərən ən yaxşı filmlərdən biri heç şübhəsiz American History X (Amerika Tarixi X) filmidir. Ssenarisi David McKenna tərəfindən yazılan və rejissor Tony Kaye tərəfindən səhnələşdirilən film, olduqca ağır süjet xətti və psixoloji gərgin məqamları ilə sinirlərimizi tarıma çəkir.
Filmin
baş rolunda Hollivudun sevimlilərindən Edward Norton-u görürük. Bu rol üçün
Saving Private Ryan filmindən imtina edən aktyor həmçinin 13 kq əzələ yığmağa məcbur
edilmişdi. Aktyor ifası ilə ən yaxşı baş rol nominasiyasında Oskara da namizəd
olmuşdu.
Filmdəki
Cameron Alexander personajı üçün Marlon Brando, Murray personajı üçün isə
Paul Mazursky düşünülmüşdü. Həmçinin Derek rolu üçün də Edward Norton-dan
əvvəl Joaquin Phoenix düşünülmüş amma aktyor filmi çox
qaranlıq dəyərləndirib ifadan imtina etmişdi.
Vinyard ailəsinin
bütün üzvlərinin baş hərfi ‘D’-dir. Filmdə Danny (Edward Furlong) və
Derek-in (Edward Norton) səhər
yeməyi yediyi restoran Big Lebowski filmində məşhur ayaq səhnəsinin çəkildiyi
restorandır. Los Angeles-də yerləşən Johnie's Coffee Shop restoranı
ancaq film çəkilişləri üçün istifadə olunur.
1997-də çəkilişləri
tamamlanan film post-produksiya mərhələsində çox yubandı və 1 il sonra
premyerası oldu. Bu gecikmədə əsas səbəb studiya adının istifadəsinə görə
rejissor Kaye-a 275.000.000 $-lıq məhkəmə prosesinin başlanması olmuşdu.
Filmin finalı
isə ssenaridə yazılan kimi olmadı. Orijinal ssenaridə qardaşı Danny öldükdən
sonra Derek güzgü qabağında başını keçəl qırxırdı. Bu şiddətin sonsuz dövranını
simvolizə etməli idi. Norton, yalnız bu səhnənin filmdən çıxarılması şərtilə
oynayacağını rejissora bildirir və film gördüyümüz sonluq ilə bitir.
0 comments:
Yorum Gönder