Barry Lyndon etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Barry Lyndon etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Stenli Kubrik
1928-ci iyulun 26-da ABŞ-ın Nyu York şəhərində anadan olmuşdur. Məktəb illərində elə də uğurlu şagird sayılmayan Kubrik fənləri sevmirdi. Uşaq yaşları üçün kəşf olunması çətin zəkaya malik idi.
1928-ci iyulun 26-da ABŞ-ın Nyu York şəhərində anadan olmuşdur. Məktəb illərində elə də uğurlu şagird sayılmayan Kubrik fənləri sevmirdi. Uşaq yaşları üçün kəşf olunması çətin zəkaya malik idi.
12 yaşında atası onu əmisi ilə yaşaması üçün 1 illik Sietla göndərir. Qayıtdığında elmə və həyata marağı artmışdı. Yeni hobbi qazanması üçün ailəsi onu şahmat məktəbinə qoyur. Kubrik şahmatı çox sevirdi və güclü oyunçu idi. Gələcəkdə çəkəcəyi filmlərdə şahmat motivləri olduqca bariz görünür. 13 yaşında atası ona bir fotoaparat hədiyyə edir. Həmin gündən Kubrikin fotoqraf olma həvəsi
canlanır. Yüzlərlə, minlərlə şəkil çəkən Kubrik öz özünə profesionallaşmağa
başlayır. Cəmi 17 yaşı olarkən dövrü üçün ən məşhur jurnallardan olan
'Look' (Baxış) jurnalına fotoşəkillərini satır.
Yeniyetmə yaşlarında şahmat
və fotoqraflıqla yanaşı saysız film izləyir. Hər filmi düzgün və qaydasında
təhlil edə bilən Kubrik bir şey haqqında düşünür : "Mən bu filmlərdən daha
yaxşısını çəkə bilərəm."
Nəhayət 1952-ci ildə ilk
uzun-metrajlı filminin çəkilişlərinə başlayır - Fear and Desire (Qorxu vəTamah). Çəkilişlərdə maddi cəhətdən böyük çətinliklərlə üzləşən Kubrikə əmisi
və həyat sığortasını pula çevirən atası yardım edir. Gələcəkdə heç vaxt
xoşlamayacağı və bütün surətlərini toplayıb yayınlanmasına icazə vermədiyi bu
filmində baş rolu dövrü üçün elə də məşhur olmayan Frenk Silver ifa edir.
Filmdə təyyarə qəzası nəticəsində düşmən torpaqlarında qalan 4 əsgərin psixoloji və ruhi vəziyyəti,
dövrün hal və şəraitinə uyğun formada özünəməxsus tərzdə əks etdirilir. Bu
filmi ilə çox da böyük kütlələrə səsini çatdıra bilməyən gənc Kubrikin kino
tarixi üçün böyük addımları uzaq deyildi.
Elə həmin il Kubrik artıq
3-cü sənədli filmi olan Seafarers (Dənizçilər)-i tamamlamışdı. 29 dəqiqəlik
qısa sənədli film Beynəlxalq Dənizçilər Birliyi haqqında idi və Kubrikin ilk rəngli
filmi ünvanını daşıyırdı.
Cinayət və dram janrını daha çox sevən gənc Kubrik 2 il sonra Killer's Kiss (Qatilin öpüşü) filmini ərsəyə gətirdi. Film dövrü üçün olduqca yaxşı sayılan gərgin sujet xəttinə malik idi.
Hekayənin sonuna zaman ardıcıllığı ilə ara-ara qayıtması ilə tamaşaçıları özündən qoparmayan film keçən əsrin ortaları üçün yadırğanan rejissor üslubuna
malik idi. İlk filmindən tanış olduğu Frank Silverə yenə baş rol verən Kubrik,
Iren Keyn ilə kastını gücləndirmişdi.
İlk filmləri ilə böyük əks-səda doğurmayan Kubrikin diqqətləri cəlb etdiyi ilk filmi 1956-ci ildə çəkdiyi Killing (Qətl) idi. Film hal-hazırda
da soyğun temalı filmlər içərisində ən yaxşılardan sayılır. Killer's Kiss filmi
ilə kadrlararası zaman keçişini az da olsa mənimsədən Kubrik Killing filmi ilə bunu tam mənada tamşaçılarına çatdırdı. Mükəmməl tərtib olunmuş kadr keçişləri
ilə zənginləşən filmin IMDb Top 250 siyahısında da olması heç də təsadüfi deyil
(8,1 IMDb xalı ilə).
Hollivud üçün çox yeni və orijinal əks etdirmə üslubuna sahib filmdə müxtəlif peşə sahibləri olan 6 şəxsin əvvəllər heç vaxt cəhd edilməmiş bir soyğun planlasdırması və nəticədə reallaşan dramatik son usta aktyor oyunu ilə tamaşaçıya çatdırılır.
Sonralar da birlikdə işləyəcəyi Sterlinq Heydenin baş rolda oynadığı filmin
ssenarisini səhnə üçün uygunlaşdıran Kubrik idi.
Bir il sonra isə Kubrik çəkdiyi Paths of Glory (Şöhrət Yolları) filmi ilə artıq özünü sübut edə bilmişdi.
Bu filmi ilə yenidən müharibə motivli mövzulara toxunan Kubrik gələcəkdə də müharibə mövzusundan uzaqda qalmayacaqdı. O zamana qədər çəkilmiş ən yaxşı müharibə filmi hesab edilən filmdə dövrünün çox irəlisində olan döyüş səhnələri
usta rejissor işindən xəbər verir. 8,5 IMDb xalı ilə dünyada 56-cı yerdə qərarlaşan filmin səhnə üçün uyğunlasdırılmasını da Kubrik etmişdi.
Filmdə döyüşdən boyun
qaçıran əsgərlərin ədalətsiz cəzalandırılması və buna səssiz qala bilməyən
rütbəli əsgərin həqiqəti üzə çıxarmaq cəhdləri əks olunur. Dövrün ən şöhrətli
aktyorlarından Kirk Daqlsın baş rolda olduğu filmdə Kubrikin gələcək həyat yoldaşı Kristina Kubrik də epizodik rolda çıxış edir.
1960-ci ilde Kubrik növbəti şedevri Spatacus (Spartak)-u təqdim etdi. Məşhur Spartak əfsanəsini səhnəyə daşıyan Kubrik, hər nə qədər möhtəşəm bir film yaratsa da, bu filmini heç vaxt
bəyənmədiyini hər fürsətdə ifadə edir. İstəkləri o dövrün maddi imkanları üçün
astronomik olan Kubrik, çəkilişlər zamanı bir çox problemlərlə üzləşir. Növbəti
dəfə baş rolda çıxış edən və eyni zamanda filmin produseri olan Kirk Daqlsdan
müəyyən mənada asılı qalan Kubrik, filmin premyerasından sonra bir daha əsla
son sözü demədiyi bir filmdə işləməyəcəyini bildirir. Qısa müddət sonra gələn
One-eyed Jack (Təkgöz Cek) filmini çəkmə təklifini produserin Marlon Brando
olması səbəbilə rədd edir və filmi Brando özü çəkir.
Spartak filmini 3 hissəyə bölen Kubrik, köləlik, azad həyat və məğlubiyyət hissələrinin hər
birini dolğun və inandırıcı əks etdirməsi ilə qədim Roma dövrünü öz üslubunda
səlis təqdim edir. Bu və bundan sonrakı filmlərində çox fikir verdiyi qeyri-adi
mükəmməllikdə səhnə dekorasiyası filmlərinin ayrılmaz hissəsinə çevrilir.
Hər filmində müxtəlif bir
mövzuya toxunan Kubrik 2 il sonra çəkəcəyi Lolita filmində də bu qəribə ahəngi
pozmur. İnsani davranışların yalan, qərəz və riyakarlıq üstündə necə biruzə veriləcəyini tamaşaçılara təsirli üslubu ilə çatdiran film, ən yaxşı ssenari
nominasiyasında da Akademiya mükafatına namizəd olur.
Filmdə yeniyetmə gənc bir
qıza vurulan varlı və hörmətli kişinin başına gələn hadisələr və sonda özünü necə bir labirintin içində tapmış olması təsirli aktyor ifası ilə bütünləşərək
bir dram filminin necə olmalı olduğunu bizlərə göstərir. Hollivudun unudulmaz
aktyorları Petr Selers və Ceyms Mason ilə yanaşı, Lolita personajını canlandıran
Syu Lionun möhtəşəm ifası filmi unudulmazlardan birinə çevirir.
Nəhayət 1964-cü ilə gəldiyimizdə Kubrik artıq komediya janrında da öz şah əsərini yaratmışdı. Dr.Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (Doktor QəribəEşq yaxud; mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim) filmi bir çoxları tərəfindən tarixin ən yaxşı ağır-yumor filmi sayılır. İstifadə etdiyi
dekorasiyalar, səhnə tərtibatı, aktyorların mükəmməl ifası və sətiraltı mənaları ilə film 8,5 IMDb xalı topladı və Kubrikin siyahıda ən yuxarıda duran
filmi oldu (44-cü yer).
Eyni zamanda 3 fərqli
personajı məharətlə canlandıran Petr Selers (ABŞ prezidenti, zabit, alim), çılğınlığın hansı hədlərdə ola biləcəyini hamıya təbii obrazla göstərən
Sterlinq Hayden və əsas komik obraz Corc Skott filmin şedevr olmasında əsas pay
sahiblərinden idi. Bu filmi ilə ilk dəfə Akademiya mükafatına namizəd olan
Kubrik, ən yaxşı rejissor və ən yaxşı ssenari nominasiyalarında mükafat almasa
da yaratığı filmiylə artıq ən yaxşılardan idi.
1968-ci il kinematoqrafiya
tarixində yeni dövrün başlanğıcı oldu. O vaxta qədərki bütün orijinal
fikirləri, fantaziya və vizualizasiyani sözün əsl mənasında puç edən film 2001:A Spacey Odyssey (2001-ci il Kosmik Odissey) filmi idi. Heç kimin 'tam olaraq
anladım' deyə bilmədiyi film, ssenarisi, möhtəşəm effektləri və sanki 3 saatlıq
başqa bir dünyanın daxilində olma hissini insana yaşatması ilə ekvivalenti
olmayan bir şedevrdir. Ilk 22 dəqiqəsində insan iştirakı olmadan çəkilən
filmdə, filmin başlanğıcı, qəribə məcrada inkişaf edən hadisələr və digər bir
oxşarı olmayan, şokedici final səhnəsi ilə öz dövründən çox irəlidə olduğunu
göstərir.
Bu filmiylə Oskar mükafatı ilə də tanış olan Kubrik, mükafatı rejissorluğa görə yox, ən yaxşı vizual
effektlərə görə aldı və həmişə olduğu kimi yenə də mərasimə qatılmadı. Kubrik
eyni zamanda ən yaxşı ssenari və rejissor nominasiyalarında da Oskara namizəd
idi. O, hamıya bir daha sadəcə rejissor deyil, kino üçün bir dahi olduğunu
sübut etdi. Hər bir detalla, ən kiçik əşyalarla belə vasvasılıqla işləyən
Kubrik, musiqi seçimləri ilə də hamını valeh etdi. Klassik musiqinin filmin
ritminə necə uyğunlaşdırılacağını profesionallıqla göstərən Kubrik, saatlarla
studiyada keçirdiyi vaxtının bəhrəsini görürdü. Bu film ilə eləcə də Science-Fiction(bilim-qurğu) janrının bünövrəsi qoyulmuşdu.
1971-cil
ildə işıq üzü görən A Clockwork Orange (Qurulan Portağal) filmi ilə Kubrik Hollivudda
yeni ləqəb qazandı - Tanrı. Böyük bir kəsim kino tənqidçiləri tərəfindən
dünyanın ən yaxşı filmi olaraq göstərilən film 8,4 IMDb xalı topladı və hal-hazırda dünyada 71-ci yerdədir. 3 il öncəki filminin sehri hələ keçmədən
belə bir filmlə geri qayıdan Kubrik həm də filmin produseri idi. 3 ən əsas
nominasiyada Akademiya mükafatına namizəd olan filmin ssenarisi də Kubrik
tərəfindən yazılmışdı və yenə də orijinallığı və təkrarolunmazlığı ilə seçilirdi.
Filmin
premyerasından qısa müddət sonra İngiltərədə zorlama, cinayət və oğurluq
faktlarının faizi görülməmiş dərəcədə artdı. Bu məsələdən narahat olan Kubrik
Warner Bros.-la danışıqlar apardı və filmin göstərilməsini dayandırmağa nail
oldu. Bu hadisə Warner Bros. şirkəti tarixində ilk və tək idi. Filmdə həmçinin
Bethovenə vurğunluğunu son dərəcə məharətlə göstərən Kubrik, mahnı ilə filmin
necə möhtəşəm ahəng təşkil edə biləcəyini nümayiş etdirdi. Oxşarı olmayan
aksesuarlar və qeyri-adi səhnə tərtibatı çoxlarına yad idi və anlaşıla
bilmirdi.
Filmdə 4
dostun qurduğu illeqal qruplaşmanın cinayətləri, sonrasında xəyanətə uğramış dəstə başçısının hökümətin qəribə planı ilə yenidən cəmiyyətə qazandırılma
cəhdləri Malkom MakDovelin heyrətverici ifası və Bethovenin bənzərsiz
simfoniyası ilə tamaşaçıya çatdırılır. Afişası və daxilindəki kiçik simvollarla
illimunati qoxan film Kubrikin qaranlıq yönlərindən xəbər verirdi.
4 il İngiltərədə aramsız çalışmalarından sonra Kubrik nəhayət Barry Lyndon (Barri Lindon) filmini tamamladı. Orta əsr həyat və ictimayyətini ən dolğun şəkildə göstərən film hesab edilir və ən yaxşı tarixi filmlər sırasındadır. 8,1 IMDb
xalı toplayan film 4 Oskar ilə Kubrikin ən çox Oskar mükafatı alan filmi
statusunu da daşıyır. Dövrün texnoloiyasi ilı daxili çəkilişlərdə işıq
effektləri qurulması mümkün deyildi. Bu məqamda Kubrik yenə də öz dahiliyini
göstərdi və o vaxta qədər heç vaxt istifadə olunmamış xüsusi şam işığı texnologiyasi ilə daxili çəkilisləri tamamladı. Musiqi uyğunluğu və səhnə dekorasiyası heç də A Clockwork Orange filmindən geri qalmırdı. Heyrətə gətirən
inandırıcılıqdakı döyüş səhnələri və maraqlı nəql üslubu ilə film tam bir şedevr idi.
İrlandiyalı cəsarətli bir gəncin həyat hekayəsini tamaşaçıya çatdıran film,
onun başına gələn qarmaqarışıq hadisələri və dibdən zirvəyə çıxıb sonra yenidən
dibə düşməsini təsirli və sətiraltı mənaları ilə dolğunluqla göstərir. Şübhəsiz
Kubrikə xas hər şeyi açıqlamama xüsusiyyəti bu filmdə də bütünüylə özünü göstərirdi.
Hər
janrda bir şedevr yaratmağı missiya kimi qəbul edən Kubrik, 1980-ci ildə Stefen
Kinqin məşhur Shining (Parıltı) romanını səhnə üçün uyğunlaşdırdı. Stefen Kinqin bəyənmədiyini hər fürsətdə söylədiyi film, buna baxmayaraq
kinematoqrafiyanin ən qorxulu filmləri siyahısında daim ilk sıralardadır.
Romanın mövzusuna məharətlə gizli mesajlarını yerləşdirən Kubrik, filmi qorxu
kinosundan daha çox psixoloji bir müharibəyə çevirir. Reankarnasiya (ölümdən
sonra yeni ruhla həyata qovuşma) haqqında görülməsi çətin mesajlar daşıyan
romanda, son foto səhnəsi dillər əzbəri olan səhnələrdən sadəcə biridir.
Kast
seçiminin rejissorluğun 70%-i olduğunu deyən Kubrik, sözünü bu filmdə doğruldur. Bir çoxları üçün kino tarixinin ən yaxşı kişi aktyoru hesab edilın
Cek Nikolsona baş rol verən Kubrik, digər bas rola isə əvvəlki filmində Temel
Reis filmindəki Safinaz personajını canlandıran, o vaxta qədər heç kim
tərəfindən diqqəti cəlb etməyən Seli Dualı çəkdi. İfaları ilə filmin 8,5 IMDb
xalı almasında böyük rolları olan cütlük, Kubrikin 'qeddar rejissor' imicinin
də növbəti qurbanları olmuşdu. Eyni səhnəni özü bəyənənə qədər dəfələrlə çəkdirən Kubrik, məşhur balta ilə qapı qırma səhnəsini Cek Nikolsona 192 dəfə çəkdirdi və ən çox təkrar çəkilən səhnə nominasiyasında Ginnesin Rekordlar
Kitabına düşdü. Kubrikin belə tipdə olması onun həddən artıq mükəmməliyyətçi
olması ilə əlaqədar idi amma bunu ulduz aktyorların parıltısını söndürmək cəhdi
kimi də qiymətləndirirdilər.
Gərgin
məcralı və çox çətin anlaşılan filmdə, qışda şəhərdən kənardakı nəhəng mehmanxanada (bu mehmanxana Kubrik tərəfindən tikdirilmişdi) tək qalan ailənin əvvəllər bu oteldə baş vermiş mistik hadisələrin qurbanı olması səhnələşdirilir.
Filmlərinin əksəriyyətində azyaşlı uşaq personajlara yer verən Kubrik, bu
filmdə də qaydanı pozmur və kiçik Denni Loyd filmin bir qorxu filmi olmasını bilmədən
rolunu məharətlə ifa edir.
Nə az, nə çox 7 il sonra şəxsi həyatındakı problemlərin kölgəsində Kubrik yeni Full Metal Jacket (Tammetal Qabıq) filmini ərsəyə gətirdi. Bu filmində müharibə psixologiyası və şəraitini, həmçinin insani reaksiyaları öz üslubunda analiz
edən Kubrik, müharibə janrında da şedevrini yaratmış oldu. Kino ictimaiyyəti
tərəfindən müharibənin özünü ən yaxşı əks etdirən film kimi ortaq rəy
formalaşdıran film, Kubrikin Vyetnama olan marağını da özündə ehtiva edirdi.
Kino tarixinin en uğurlu girişlərindən birinə sahib olan filmdə hərbi ciddiyyət ən son həddə tamaşaçıya çatdırılır. Adiliyi sevmədiyini qəbul etdirmiş Kubrik üçün bu anlaşılmaz hal deyildi.
Ciddi və ağır şərtlər altında müharibəyə hazırlaşdırılan könüllü əsgər bölüyünün Vyetnamın
mərhəmətsiz şərtləriylə heyatda qalmaq mübarizəsi, Kubrik tərəfindən yazılmış və Akademiya mükafatına layiq olan mükəmməl ssenari və proses ardıcıllığı ilə təqdim edilir. Metyu Modin, Vinsent Donofriyo və Li Ermeyin aktyorluq məharəti
ilə zənginləşən film, 8,4 IMDb xalı ilə dünyada 84-cü yerdədir.
Nəhayət, 1999-cu il gəlmişdi. Son filmindən 12 il sonra Kubrik özü də bilmədən son
filmini tamamladı. Bu Eyes Wide Shut (Geniş Bağlanmış Gözlərlə) filmi idi. Film
dünyanın ən uzun vaxtda çəkilən filmi statusunu daşıyır və Ginnesin Rekordlar Kitabindadır. Çəkilişləri 400 gün çəkən filmin, quruluş və montaj etapları 3
ilə tamamlandı. Çəkdiyi hər filmə normaldan həddən artıq çox vaxt ayıran Kubrik çoxları tərəfindən ağır tənqidlərə məruz qalırdı. Bu ənənəsini son filmində də pozmayan dahi rejissor, filmin baş rolları üçün o dövrdə evli olan Tom Kruz ,
Nikol Kidman cütlüyünü seçdi. Müqaviləsində 'film tamamlanana qədər başqa filmə çəkilə bilməz' maddəsi olan kontraktı qəbul edən cütlük beləcə 3 il Hollivuddan
uzaqda qaldı.
Hər nə qədər kişi-qadın münasibətlərini araşdıran, ailə problemlərini ön plana çıxarmış atmosferdə olsa da film Kubrikin gizli mesajları ilə dolu idi. Hələ illimunatinin çox da tanınmadığı 1960-ci illərdən filmlərində bir çox masonik simvollara yer verən Kubrik, son filmi ilə tarixin ən çox masonik işarəsi olan
filmini çəkdi. İlk səhnəsindən son səhnəsinədək; damalı döşəmələrin,
pentaqramların, göy qurşağının, cüt sütunların və digər bir çox amillərin
yerləşdiyi filmin əsas məqsədi qadınların seks köləsi edilməsini ifşa etmək
idi. Rothschild ailəsinə məxsus dünyanın ən məşhur malikanələrindən birində çəkilmiş qəribə ayin səhnələri, ustalıqla yerləşdirilmiş və şüuraltı dərinliyə vara bilen əşyalar filmin gizli mesajını anlayanlara çatdırırdı.
Qəddar
rejissor imicini qoruyan Kubrik filmdə keçən qısa bir seks səhnəsini evli
cütlüyə 80 dəfə təkrar çəkdirdi, bununla yanaşı 5 saniyəlik adi yeriş səhnəsini
Tom Kruza 95 dəfə çəkdirən Kubrik, ölümündən sonra belə aktyoru özünə küskün
etmişdi.
Bəzən
heç bir səbəb olmadan çəkilişləri həftələrlə dayandıran Kubrik, maddi
məsələlərə qətiyyən fikir vermirdi və normalın çox irəlisinə keçirdi. Filmində Qurani-Kərim haqqında da gizli mesajlar verən Kubrik, Quranla yaxından əlaqəli
19 rəqəmini israrla nümayiş etdirir. Simvologiyaya bağlı olan rejissor 'CRM114' mesajını bu filmdə də əksik etmədi. Morq səhnəsində otağın C blok 114-cü otaqda olması (C Room 114) diqqətlilərin fikrindən yayınmadı. Bir məqalədə şəxsinə yazılmış 'dəli' sözünə görə heç vaxt müsahibə verməmişdi.
Filmin çəkilişləri 3 mart 1999-cu ildə tamamlandı və cəmi 4 gün sonra kino ən dahi
insanini itirdi. Ürək tutması diaqnozu verilən Kubrikin həyat yoldaşı bunu heç vaxt qəbul etmir. Təsadüfi deyil ki, Eyes Wide Shut romanını 2001: A Spacey Odyssey
filmini çəkərkən oxuyan Kubrikin ölüm tarixi ilə 2001-ci il yanvarın 1-i tarixi
arasında 666 gün fərq var.
Son
arzusu olan, lakin texnoloji çatişmazlıqlara görə çəkə bilmədiyi Artificial Intelligence (Süni İntellekt) filmini ölümündən sonra Stiven Spilberq çəkdi.
Komediya, Cinayət, Erotika, Müharibə, Tarix, Bilim-Qurğu kimi müxtəlif
janrların hər birində öz kateqoriyası üçün ən yaxşınə çəkə bilən Kubrik
inkaredilməz faktdır ki, kino tarixinin ən dahi kinematoqrafıdır. O, kino üçün
bir tanrıdır.
YEGANƏ
MÜSAHİBƏSİ
Previous PostÖnceki Kayıtlar
Ana Sayfa