Biz, film bitdikdən sonra boşluğa düşürük nə zaman ki,
təsirli filmlər ərsəyə gəlir. James Cameron-un "Titanik" filmindən sonra Michael Bay-in "Pearl Harbor" filminə dözdük. Nə zaman ki, Pulp Fiction filmi çıxdı insanlar həmin filmi "dahi" adlandıraraq tərifləməyə başladı lakin kreativ film janrlarında tıxanma oldu. Hər kəs Tarantino-nun növbəti filmini izləmək istəyirdi. Böyük ehtimalla rejissorlar öz-özlərinə soruşmuşdur : "Tarantino nə etdi?" öz orijinal stilindən çıxmazdan əvvəl. Bir çox şeyin imitasiyası kimi, Rolex saatları və ya başqa bir şeylər, eyni görünür amma fərqli işləyir...
Martin McDonagh-ın "In Bruges" filmi kimi sanki bir otağın qapısı açılır və siz sonsuzadək bir havanın dövran etdiyi bir yerə aparır. Qətiyyətlə deyə bilərəm ki, rejissor öz orijinal stilini yaratmağı bacarmışdır və bu film onun ilk uzunmetrajlı filmidir. 2006-cı ildə "ən yaxşı qısa film" kateqoriyasında Oskar qazanmışdır. "In Bruges" filminin ssenaristi kimidə "Ən yaxşı ssenari" kateqoriyasında Oskara namizəd olmuşdur.
Film yumor və dram arasında balans yaradaraq vurucu təsir bağışlayır. Yumor hissi Birdman, The Big Lebowski filmindəki kimi istehzalı şəkildə olsada ön planda deyil. Film Hollywood istehsalı action filmi deyil. Onsuz kinoda həyəcan axtarmağa dəyməz çünki filmin məqsədi bu deyil. Film Ted filmindəki ayının osturağı, American Pie filmindəki gənclərin seks etməyə çalışarkən sizi güldürən səhnələrindən ibarət deyil. Hollywood çılğınları bu filmdən uzaq durun.
"Belçika dünyada ən çox nə ilə məşhurdur ? 1. Uşaq istismarı ; 2. Şokolodı ilə. Məncə belçikalılar şokoladı uşaqları aldada bilmək üçün kəşf ediblər.."
Dialoqların çox olmasına baxmayaraq background musiqiləri və replikaların dərinliyi ilə insanı sıxmır. Özünüzü bir anlıq bu tarixi şəhəri ziyarət edən turist kimi hiss edirsiniz. Şəhərin istər gündüz istərsə də gecə həyatı ilə tanış olursunuz.
"- Qiyamət gününə və ölümdən sonrasına inanırsanmı? günaha, cəzaya, cəhənnəmə...hamısına
+ Yox...Yox....Nəyə inanacağımı bilmirəm, Ray.
- Uşaqkən sənə öyrədilənlər heç zaman səndən əl çəkmir, elə deyilmi?
+ Hmm...Yaxşı bir həyatın vacibliyinə inanıram. Yaşlı bir qadın kimi aldıqlarını evə daşıyarkən , özümü yorub da aldıqlarını daşımağa kömək etmərəm...Yox, etmərəm... Amma qapını açıb əvvəl onun çıxmasına kömək edərəm.
- Elədi, onun əlindəkilərini daşımaq istəsən əlindəkiləri oğurlamaq istədiyini düşünər..Nə yazıq ki, bu gün yaşadığımız dünya belədir..."
Bu dialoq günümüzdəki insanların vicdanını və cəmiyyətin düşüncələrini çox gözəl tənqid etmişdir. Sizcə həqiqətən də belə deyilmi ?
Bundan sonrakı yazıya spoiler daxil olur. Ray (Colin Farrell) və Ken (Brendan Gleeson) mafiya başçısı üçün işləyən muzdlu qatildilər. (Digər sözlə Hitman) Ray qatardan düşdükdən sonra Bruges-ə önyargılarla yanaşır və bu şəhəri sevmir. Şəhərin tarixi yerlərini, gözəl məkanlarını rejissor mükəmməl göstərib. Harry (Ralph Fiennes) isə mafiya başçısıdır və adamlarını Bruges-ə 2 həftəlik istirahət üçün yollayıb. Lakin bu istirahət zamanı zəng edərək onlara növbəti işləri haqqında məlumat verəcəkdir.
Bəzi səhnələrdə Ray-in ağlına bəzi xatirələr düşür və kövrəlməyə başlayır. Bunun səbəbini əvvəl anlamasaq da sonra öyrənirik ki, Ray ilk işində istəməsə də səhvliklə uşağın ölümünə səbəb olub. Buna görə tez-tez sıxıntı çəkir. Bir axşam Ray kino çəkimləri zamanı Chloe ilə tanış olur və növbəti gün üçün axşam yeməyi üçün sözləşirlər. Həmin günü Harry onlara iş üçün zəng etsə də onlarla əlaqə saxlaya bilmir və hotel-ə məktub buraxır. Növbəti axşam Ken və Ray evdə olmalıdır. Lakin Ray-in əvvəlcədən danışdığı randevusu var.
Ken Ray-ə həmin axşam üçün icazə verə biləcəyini söyləyir amma Ray bütün günü Ken ilə gəzməlidir. Bu gəzintilər zamanı dərin dialoqlar ilə tanış oluruq. Harry axşam zəng edər və Ken-ə bu söhbəti Ray-in bilməməsi üçün tənbeh edər. Harry-nin öz qayda-qanunları var və bu prinsiplərə əsasən heç zaman uşaq öldürmək olmaz. Buna görə də Harry Ken-ə Ray-i öldürməyi əmr edər.
Ken Ray-i öldürməz və Harry Bruges-ə "şərəf məsələsini" həll etməyə gələr. Artıq məsələ çıxılmaz hal almışdır. Əmrlərinə tabe olmadığı üçün Ken-i öldürən Harry Ray-i öldürmək istərkən səhvliklə "cırtdan" insanı da öldürür. Lakin işlətdiyi güllə "domdom" olduğu üçün cırtdanın üzü görünməz hala düşər və uşaq öldürdüyünü zənn edən Harry-i intihar edir.
Rejissor eyni tərzə bənzər növbəti filmi Seven Psychopaths ilə də istədiyi uğuru əldə etməyi bacarmışdır. Dostluğun maraqlı dialoqlarla harmoniyasını və şəhərin ab-havasını dadmaq istəyirsinizsə gözdən qaçırmayın bu filmi.
Yazar - Nicat Hacıyev
0 comments:
Yorum Gönder