həmin dövrə qədər bəşəri və dünyəvi aspektlərdən
sələflərindən çox fərqli bir film çəkildi. Wachowski qardaşlarının (Andy və Lana) çəkdiyi film orijinallığı və hər cəhətdən nəzərə alınmış ssenarisi ilə tarixin haqqında ən çox düşünülən və bəyənilən filmlərindən biri oldu.
Ən
yaxşı montaj, ən yaxşı səs, ən yaxşı səs effekti, vizual effekt
nominasiyasılarında Akademiya mükafatına da layiq görülən film, 8,7 fantastik
İMDb xalı ilə Top 250-də 19-cudur.
Wachowskilər
ilk dəfə ssenarini film şirkəti Warner Brothers-ə təqdim edir və film üçün 80
milyon dollar büdcə istəyir. Ssenaridən o qədər də təsirlənməyən rəsmilər
yalnız 10 milyon dollara razı olurlar. Bu təkliflə razılaşan qardaşlar həmin
büdcə filmin yalnız ilk 10 dəqiqəsini çəkirlər. Bu kadrları Warner Brothers rəsmilərinə
göstərdikdən sonra film şirkəti çox təsirlənir və istənilən qədər məbləğə razı
olurlar. Nəticədə film 63 milyon dollar büdcə ilə çəkilir və 456 milyon dollar
gətirir. (Təkcə vizual effektlər ümumi büdcənin 20%-ni təşkil edirdi). Tarixdə ənçox gəlir gətirən 152-ci filmdir.
Wachowskilər
ssenari və filmin çəkilişlərində olduqca dəqiqliklə çalışırlar. 5 il yarıma
filmin ssenarisini yazan qardaşlar bu müddətdə 14 dəfə ssenaridə dəyişiklik
edirlər. Qısa səhnələrdə belə ən yaxşısını əldə etmək istəyən rejissorlar
Morpheus-un helikopterlə azad edilmə səhnəsini 6 ay üstündə işlədikdən sonra
gördüyümüz formada təqdim edirlər. Filmin çəkilişləri o qədər uzanır ki, hətta
film şirkəti və kastda belə filmin tamamlanmasına şübhə yaranır.
Trinity-nin açılış səhnəsindəki qaçış hissəsi 4 günə çəkilir və o səhnə
üçün aktyorlar aylarla məşq edirlər. Neo ilə Agent Smith-in döyüş səhnəsi isə
düz 10 günə tamamlana bilir. Çəkilişlərdən əvvəl kast heyəti döyüş səhnələri
üçün hazırlıq proqramına başlayırlar. Kast bu müddətin cəmi bir neçə həftə çəkəcəyini
düşünsə də proqram 6 ay davam edir. Filmdə çəkilişlərin uzun zaman çəkməsinə
aid kiçik işarə də var. Filmin əvvəlində telefonda ayın tarixini bildirən 2/18/98
yazısı görünür, sondakı telefon səhnəsində isə bu rəqəm artıq 9/18/99 olur (19
ay).
Filmdə
“seçilmiş adam” obrazı ilə Neo – Keanu Reeves-i baş rolda görürük. İfası ilə bəyənilən
aktyor filmdə də maraqlı hadisələrlə yadda qalır. Rejissorlar bu rol üçün
Reeves-dən əvvəl çoxları ilə görüşür. Will Smith, bu rol üçün yetərincə yaşlı
olmadığını düşündüyünü bildirir və roldan imtina edərək uğursuz komediya filmi
Wild Wild West filminə çəkilir. Nicolas Cage, ailəsinin filmi istəmədiyinə görə
roldan imtina edir. Ewan McGregor da Star Wars seriyasının
davam filminə görə Neo rolundan imtina edir. Tom Cruise və Leonardo DiCaprio da
Neo rolu üçün düşünülənlərdən idi.
Digər
adı ilə Thomas Anderson olan Neo personajının filmdə dəbdən kənar və ucuz
geyinməsinin səbəbi onun real dünya ilə bağlılığının zəifliyini göstərmək üçün
idi. Filmin ilk 45 dəqiqəsində cəmi 80
cümlə quran Reeves-in cümlələrinin 44-ü sual idi. Həmçinin son səhnədəki sözlərindən
əvvəl film boyu heç vaxt ardıcıl 5 cümlə qurmadığını da görə bilərik. Çəkilişlərdən
əvvəlki məşqlərdən öncə ağır boyun əməliyyatı keçirən Reeves hazırlıqların 4
ayını xüsusi boyunluq ilə döyüş səhnələrinə hazırlaşaraq keçirir.
Neo ilə
Morpheus-un məşhur döyüş səhnəsində Reeves hücumdan əvvəl burnunu ovuşdurur.
Bruce Lee stilində etdiyi bu hərəkəti özündən improvizə etdiyini müsahibəsində
aktyor bildirmişdi. Digər məşhur səhnədə isə Morpheus-la ilk dəfə telefonla
danışanda 34-cü mərtəbəyə çıxan aktyor həqiqətən o yüksəklikdə idi və heç bir
müdafiəedici vasitədən istifadə olunmurdu.
Filmdəki
digər əsas personaj Morpheus idi. Bu ad təsadüfi deyildi. Morpheus yunan
mifologiyasında “Arzuların Tanrısı” deməkdir. Məşhur qaradərili aktyor LaurenceFishburne-nun canlandırdığı personaj üçün daha öncə Samuel L. Jackson, GaryOldman, Yun-Fat Chow kimi məşhur simalar düşünülmüşdu. Rol üçün təklif alan digər
məşhur Russell Crowe isə “Mən real dünya ilə maraqlanmıram” deyərək filmdən
imtina etmişdi.
Trinity personajını cazibədar Carrie-Anne Moss canlandırırdı. Maraqlısı
burasıdır aktrisa, təsadüfən 1993-cu ilin qısa televiziya proqramı olan Matrix-də
kast üzvlərindən biri idi. Rol ilk olaraq Gillian Anderson-a təklif olunmuşdu
lakin o, bu roldan imtina edir.
Döyüş
səhnələrinin birində biləyi burxulan aktrisa, bu rolu çox istədiyindən bunu
gizlədir və filmi başa vurmağa nail olur. Aktrisa bir müsahibəsində filmin
premyerasında ilk dəfə özünü izlədiyini etiraf etmişdi.
Filmin
əsas mənfi obrazı isə Agent-lərin əsas siması olan Agent Smith (Hugo Weaving)
idi. Daha əvvəl rol Jean Reno-ya təklif olunur lakin o, Godzilla filminə görə
Matrix-dən imtina edir. Wachowskilər aktyoru bu rol üçün Proof (1991) filmindəki
performansını gördükdən sonra seçdiklərini söyləmişdilər. Film boyu Weaving-in
səs tonunu bəyənməyən qardaşlar, montajda aktyorun səsini özlərinin səs tembri
ilə generasiya etmişdilər.
39 ölü
bədən gördüyümüz filmin çəkilişində maraqlı məqamlardan digərləri isə
gördüyümüz bütün heyvan sülietlərinin kompüter qrafikası olması idi.
Trinity-nin helikopter səhnəsində Sidney təyyarə sərhədlərinin aşılması
problemlərə səbəb olsa da film sona qədər həmin qanunlar pozularaq çəkilmişdi.
0 comments:
Yorum Gönder