Insomnia etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Insomnia etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

  Böyük maraq görən Tarantino testindən sonra ölkəmizdə



Əsl adı Alfredo James Pacino olan Al Pacino 1940-cı il 25 apreldə

Kristofer Nolan 1970-ci il iyulun 30-da İngiltərənin paytaxtı London şəhərində anadan olmuşdur. Kiçik yaşlarından film çəkməyə marağı olan Nolan, atasının ona video-kamera alması ilə bu hobbisinin artıq daha real olmasını istəyir.
  Nolanın ilk fimi 1997-ci ildə reallaşdırdığı qısa-metrajlı Doodlebug filmi olur. Nolan bu filmi ilə Hollivudda gələcək vəd edən rejissor kimi tanınmağa başlayır. Filmdə qismən fantastik məcrada psixoloji gərginliyi düzgün əks etdirən Nolan, sonda verdiyi mesaj ilə filmin yekununu süjetə tam uyğun şəkildə ifadə edir. Növbəti filmində də birlikdə işləyəcəyi Ceremi Teobald bu filmdəki yeganə aktyor idi.
                  
  1998-ci ildə Nolan ilk uzun-metrajlı filmi olan Following (Təqib) filmini ərsəyə gətirir. 69 dəqiqəlik ağ-qara film, həm kadr ardıcıllığının mükəmməl qurulması, həm bəzi dərin psixoloji aspektləri dəqiq əks etdirilməsi, həm də əla ssenarisi ilə bir çox kino tənqidçiləri tərəfindən bəyənilir. Nolan filmində həmçinin gələcəkdə reallaşdıracağı Batman filmi haqqında da mesajlar verir. Filmdə qəribə maraqları olan bir gəncin naməlum insanla tanışması ilə başına gələnlər zaman axıcılığı ilə əks etdirilir.
                 
  Qısa və sadə Following filmi Nolanın dahiliyini əks etdirməkdə aciz idi. 2 il sonra o, özünün şedevr filmlərindən biri olan Memento (Yaddaş kitabçası) filmini çəkdi. Filmin ssenarisini qardaşı Conatan Nolan ilə yazan rejissor, bu ssenari ilə Akademiya mükafatına da namizəd olur. Ssenarinin mükəmməlliyi isə onun heç kim tərəfindən tam mənada dərk oluna bilməməsi idi. Hal-hazırda da bu filmin ssenarisi konkret olaraq yazı üstündə deyil və tam mənasıyla heç kim tərəfindən bilinmir. Memento kimi 8.5 IMDb xallı və dünyada 35-ci sırada qərarlaşan bir filmi çəkən Nolan, bunu yalnız 2-ci uzun-metrajlı filmi ilə bacarması ilə böyük şöhrət qazandı.
  Filmdə xanımının qatilini axtaran bir sığorta işçisinin öz hafizəsi və müəmmalı tanışları ilə apardığı mübarizə və başına gələnlər əks etdirilir. Filmin finalını ilk səhnədə bizə göstərən Nolan 113 dəqiqəlik filmi geriyə doğru tamaşaçılara göstərməklə bu filmin bir dəfə izlənməklə başa düşülə bilinməyəcəyini nümayiş etdirdi. Baş rollarda Qay Pirs, Keri Anna Moss  Co Pantolianonun oynadığı film Hollivudun ən çətin anlaşılan filmləri arasındadır.
       
  2002-ci ildə Nolanın 3-cü filmi Insomnia (Yuxusuz) işıq üzü gördü. Təsirli səhnələri və Al Paçinonun mükəmməl ifası ilə zənginləşən film, yenə də Nolan standartlarına yaxın deyildi. Cavan qızın ölümünü araşdırmaq üçün gecəsiz Skandinaviya ölkəsinə gələn müfəttiş burada istəmədən etdiyi səhvlər, yuxusuz gecələri və qatillə əməkdaşlığı ilə çıxılmaz vəziyyət qarşısında qalır. Gərgin sujet xətti ilə seçilən filmin baş rollarında Al Paçino, Robin Uilyams  Hilari Svank kimi məşhur simalar var.
                 
  Nəhayət 2005-ci ildə Nolanın uşaqlıq arzusu olan Batman seriyasının ilk filmi Batman Begins (Betmen başlayır) filminin premyerası olur. Hər nə qədər 3 Batman filmi içində daha cılız görünsə də 8,3-lük IMDb xalı (dünyada 105-ci yer), mükəmməl effektləri, əla qurğulanmış ssenarisi və ən əsası Batman personajının doğuşunu düzgün əks etdirməsi ilə film rəğbətlə qarşılandı.
  Ümumilikdə, daha əvvəl çəkilmiş Batman filmlərindən öz keyfiyyətinə və ssenari dolğunluğuna görə kəskin fərqlənən film seriyasi, sonadək çəkilən yeganə Batman seriyasıdır. Eləcə də Batman rolunu ifa edən Kristiyan Beyl bu seriyada sonadək Batman personajını canlandıran yeganə aktyordur. Film kastıyla da göz doldurur; Kristiyan Beyl, Liam Neeson, Morqan Friman, Maykl Kayn, Qeri Oldman, Keti Holmes kimi Hollivud ulduzları kastın sadəcə bir hissəsidir.
        
  Növbəti il Nolan sehrbaz temalı filmlər içində ən yaxşı sayılan Prestige (Prestij) filmini ərsəyə gətirdi. Bu filmi ilə Memento havasını yenidən əsdirən Nolan, triller, aksiyon janrları ilə yanaşı science-fiction (bilim-qurğu) janrında da şedevr yarada biləcəyini sübut etdi. Film 8,5 IMDb xalı (dünyada 52-ci yer) topladı və 2006-ci ilin kinematoqrafiyada 'sehrbazlar ili' kimi qeyd olunmasına səbəbkar oldu.
  Kristiyan Beyl ilə yenidən işləyən Nolan, Hyu Cekman, Skarlet Yohanson, Maykl Kayn ilə filmin əzəmətini daha da artırdı. Filmdə düşmən münasibətdə olan iki sehrbazın kəskin mübarizəsi əks etdirilir. Dolğun səhnə tərtibatı və hekayənin əvvəli ilə sonunu paralel olaraq göstərməsi ilə Nolan, yenə də öz fanatlarına zövq yaşadır.
       
  2008-ci il gəldiyində Nolan artıq öz şah əsəri olan The Dark Knight (Qara Cəngavər) filmini çəkmişdi. 9 IMDb xallı bu film heç şübhəsiz film tarixinin ən yaxşılarından biri sayılır (rəsmi olaraq dünyada 4-cü yer). Eyni zamanda Nolan çəkdiyi bu filmi ilə 1milyard ABŞ dollarından daha çox gəlir əldə etməklə tarixdə bunu edə bilən 18 filmdən biri oldu.
  İnkar edilə bilməz ki, Joker personajı filmin bu məşhurluğu əldə etməsində əsas faktorlardan idi. Hes Lecerin canlandırdığı personaj bir çox beynelxalq jurnal və qurumların siyahısında 'ən yadda qalan personaj' ünvanını qazanmışdı. İçində Akademiya mükafatı olmaqla 35 müxtəlif qurum tərəfindən 'ən yaxşı köməkçi kişi aktyor' nominasiyasinda mükafat qazanan Hes Lecer, çox təəssüf ki, filmin premyerası olmadan vəfat etdi.
  Belə bir filmdən sonra Nolan artıq Hollivudda ən yaxşılar sırasında göstərilirdi. Filmdə Batmanin Jokerlə mübarizəsi mükəmməl göstərim tərzi ilə reallaşdırıldı. Seriyanın yalnız bu filmində çəkilən Meqi Qlinhall  Aron Ekhartın ifaları da filmi dolğunlaşdıran amillərdən idi. Ən yaxşı səs effektləri nominasiyasında da Oskar qazanan film, Nolanın ən yaxşılarla işlədiyini bir daha bizə göstərdi.
       
  The Dark Knight kimi bir filmdən sonra Nolanın bir daha o səviyyəyə çıxa bilməyəcəyini düşünənlər az deyildi. 2010-cu ildə reallaşdırdığı Inception (Başlanğıc) filmi ilə Nolan bu fikiləri alt-üst etdi. Filmin ssenarisini də özü yazan Nolan, 8,8 kimi fantastik bir IMDb xalı topladı və insan fantaziyasının hansı hüdudlarda gəzə biləcəyini bizlərə göstərdi. Film dünyada 13-cü olmaqla ən çox gəlir gətirən filmlər siyahısında da ilk 30-luqda qərarlaşır.
 Yalnız texniki nominasiyalarda qazanılmış 4 Akademiya mükafatı ilə kifayətlənən film, ilin ən yaxşı filmi və ssenarisi kimi nominasiyalara da namizəd olur. Filmdə qeyri-adi peşə sahibi olan gəncin öz komandası ilə bir insanin beynində dəyişikliklər etmək cəhdi və qarışıq ailə münasibətləri, Nolan tərzinə uyğun şəkildə - zaman gediş-gəlişləri ilə əks etdirilir. Qravitasiya səhnələri ilə də məşhurlaşan filmdə baş rolları Leonardo Di Kapriyo, Mariyon Kotillard, Ellen Peyc, Maykl Kayn, Jozef Qordon Levitt kimi ulduzlar oynayır.
                       
  2012-ci ildə Nolan Batman seriyasını tamamladı və bu seriyanın son filmi The Dark Knight Rises (Qara Cəngavər Yüksəlir) filmini çəkdi. Bir çox kino tənqidçiləri tərəfindən seriyanın ən yaxşı filmi olaraq adlandırılan film 8,6 IMDb xalı ilə dünyada 51-ci yerdə qərarlaşdı və tarixdə ən çox gəlir gətirən Batman filmi oldu.
Filmin heç bir Akademiya mükafatına namizəd belə gösterilməməsi böyük narazılıq və tənqidlərə səbəb oldu. Bir çox vizualizasiya növündə yenilikləri ilə ön plana çıxan filmin stadion və partlayış səhnələri çox bəyənildi. Catgirl personajına nəhayət son filmdə yer verən Nolan, bu rol üçün öndəgedən onlarla Hollivud ulduzu arasından Anna Hedeveyi seçdi və aktrisanın ifasını olduqca bəyəndi. Originalında olan Robin personajının heç bir filmdə adının belə keçməməsinə səbəb Kristiyan Beylin bunu çəkilməsi üçün şərt olaraq qoyması idi.
  Seriyanın ən qısa vaxtda çəkilən filmi olmasına baxmayaraq ən keşməkeşli yolu da bu film keçmişdi. Dünyada yalnız 4 ədəd olan xüsusi aksiyon kamerasının filmin çəkilişi əsnasında dublyor tərəfindən yararsız hala salınması və partlayış səhnələrinin real partlayışdan çox da fərqli olmaması səbəbindən terrorist hücum kimi yalnış anlaşılması film haqqında maraqlı faktlardır.
        
  Hal-hazırda isə Nolan son filmi Interstellar (Ulduzlararası)-ın çəkilişlərini tamamlayıb və 7 noyabr tarixində premyerası olacaq. Böyük ümidlər bəslənən film öz treyleri ilə çox da informativ sayılmasa da bir kosmonavtın iş və sevgi arasında verəcəyi seçimlər və böyük təhlükələrə necə reaksiya verməsi kimi məsələlər üzərində qurulması gözlənilir. Metyu MakKanufi, Anna Hedevey, Cesika Kasteyn, Keysi Aflek, Maykl Kayn kastın əsas ulduzlarıdır.